Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universitetinin əziz xanım əməkdaşları və tələbələri!  Təhsil
  • 100 milyonluq Arda Gülərlə bağlı maraqlı FAKT İdman
  • Reallıq çox sadədir: Bakı böhranların açar oyunçusudur Siyasət
  • Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür Cəmiyyət
  • Bakının bu ərazisində su kəsiləcək Cəmiyyət
  • Nəriman Axundzadə görünüşünü dəyişdirdi – FOTO İdman
  • Ronaldo niyə əvəzetmə olmadan oynayır? İdman
  • Avropa İttifaqı Gürcüstanı hədələdi  Dünya

Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyat sistemində yeni maliyyələşmə modelinə keçid hazırlanır. Məhz bu növ sistemin tam şəkildə işlək vəziyyətə gətirilməsi üçün brutto müqavilə modelinə keçid vacib hesab olunur. Artıq bununla bağlı qərar verilib və 2026-2028-ci illər ərzində mərhələli şəkildə bu sistemə keçidin təmin olunması planlaşdırılır. Brutto müqavilə modeli daşıyıcıların maliyyə dayanıqlığını təmin etmək məqsədi daşıyır və burada əsas məsələ hər kilometrə görə subsidiyanın tətbiq olunmasıdır.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bu model tətbiq olunduqdan sonra ictimai nəqliyyat sistemində bir sıra yeniliklərin həyata keçirilməsi mümkün olacaq deyib.

“Buraya gündəlik, həftəlik, aylıq və illik bilet paketləri, eləcə də müəyyən zaman intervalı daxilində pulsuz keçid imkanları daxildir. Dünyanın müxtəlif şəhərlərində bu keçid müddəti fərqli olur. Bəzi şəhərlərdə 45 dəqiqə, digərlərində 60 və ya 90 dəqiqəlik pulsuz keçid sistemi tətbiq edilir. Belə yanaşma xüsusilə uzaq məsafədən gələn sərnişinlərin maliyyə yükünün azaldılmasına xidmət edir. Yəni sərnişin bir nəqliyyat vasitəsindən digərinə keçərkən əlavə ödəniş etmədən müəyyən müddət ərzində səfərini davam etdirə bilir”.

O bildirib ki, bu da həm ictimai nəqliyyatdan istifadənin artırılmasına, həm də vətəndaşların xərclərinin optimallaşdırılmasına şərait yaradır:

“Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Ona görə də ilkin mərhələdə brutto müqavilə modelinə keçid əsas prioritet hesab olunur. Bu sistem tam tətbiq edildikdən sonra digər məsələlərin də mərhələli şəkildə öz həllini tapacağı gözlənilir”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Kriştianu Ronaldunun dəyəri azaldı
Next Post: Kreml Bakının Avrasiya İnkişaf Bankının səhmdar olmasını istəyir – Qaluzin

Related Posts

  • Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu Ölkə
  • 1 Avqust – Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Ölkə
  • Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? (VİDEO) Ölkə
  • Əhalinin nəzərinə: Təşvişə düşməyin! Ölkə
  • İcra başçısı köməkçisini işdən çıxardı Ölkə
  • Mayda 14 gün iş OLMAYACAQ Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hava kəskin dəyişir – XƏBƏRDARLIQ Ölkə
  • Yeni koronavirus “Cicada”: Uşaqlar xüsusilə risk altında ola bilər – Nə məlumdur Dünya
  • İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur Dünya
  • Sabah 3 rayonda qaz olmayacaq Ölkə
  • Bədən siqnallarını düzgün oxumaq – Harda nə baş verir? Cəmiyyət
  • Dubayda güclü partlayış olub Dünya
  • AAYDA: Bibiheybət yolunda bərpa işlərinə başlanılıb Ölkə
  • Qədim şəhərlər niyə yerin altında tikilib – Maraqlı SƏBƏB Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by