Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Hörmüzün açılması üçün 6 ŞƏRT Siyasət
  • Hikmət Hacıyev: Mühüm məlumatlar gözlənilir Ölkə
  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • Mingəçevirdə binaların fasadları yenilənir: sakinlərə çağırış edildi Cəmiyyət
  • “Avropada ölüm doğumu üstələyir” – İlon Maskdan xəbərdarlıq Dünya
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • Data mərkəzləri yükə çevrilir: Mask və Til çıxış yolu tapdı Dünya
  • Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər Ölkə

Esmira Fuad: Kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mənəvi dəyərləri əks etdirir

Posted on 14 Oktyabr 2026 By admin Şərh yoxdur Esmira Fuad: Kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mənəvi dəyərləri əks etdirir

Kəlağayı Azərbaycan qadınının zərifliyini, incəliyini və milli-mənəvi dəyərlərini özündə əks etdirən mədəniyyət nümunəsidir.

Bunu “Report”a açıqlamasında Əbədi Turan Kitab Fondunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad Bakıda “Kəlağayı yürüşü” zamanı deyib.

Onun sözlərinə görə, milli geyimlər Azərbaycan xalqının geyim mədəniyyətinin, tarixinin və milli kimliyinin göstəricisidir:

“Bugünkü tədbirin əsas məqsədi milli geyimlərimizi, xüsusilə də Azərbaycan xanımının gözəllik və zəriflik rəmzi olan kəlağayını gənclərə sevdirmək, bu dəyərləri gələcək nəsillərə ötürməkdir. Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra onun şöhrəti daha da artıb. Bu gün kəlağayılarımız Azərbaycanın hüdudlarından kənarda da tanıdılır, müxtəlif ölkələrə hədiyyə aparılır və dünya xalqları arasında milli kimliyimizi təbliğ edir. Kəlağayılar zərifliyi, incəliyi, özünəməxsus ornamentləri, naxışları və əlvan rəngləri ilə seçilir”.

E.Fuad kəlağayının rəngləri vasitəsilə insanların hiss və duyğularını ifadə edən milli geyim nümunəsi olduğunu vurğulayıb:

“Mən anamı həmişə kəlağayı ilə təsəvvür etmişəm. Gündəlik həyatda, toy məclislərində və digər mərasimlərdə müxtəlif rəngli kəlağayılardan istifadə olunub. Yas mərasimlərində qara, digər məclislərdə isə ağ və əlvan rəngli kəlağayılar örtülüb. Bu da kəlağayının rəngləri vasitəsilə insanların hiss və duyğularını ifadə edən milli geyim nümunəsi olduğunu göstərir. Keçmişdə sevən oğlanların qızlara əlvan rəngli kəlağayı hədiyyə etməsi də ənənələrimizdən biri olub”.

O qeyd edib ki, təxminən 1960-cı illərdə İngiltərədə keçirilən milli mədəniyyət nümunələrinin sərgisində Azərbaycan kəlağayıları nümayiş etdirilib və ingilis xanımlar bu kəlağayılara böyük maraq göstərərək alıblar:

“Bu cür nümunələr göstərir ki, milli geyimlərimiz beynəlxalq miqyasda da maraq doğurur. Ona görə də kəlağayı istehsalının genişləndirilməsi və daha çox tanıdılması vacibdir. Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus milli geyim ənənələri olub. Qarabağ, Şuşa, Muğan və Şirvan geyimləri bir-birindən fərqlənib. Geyimlərin elementlərində, naxışlarında və tikilişində müəyyən fərqlər olsa da, onların hər biri xalqımızın zəngin mədəniyyətini əks etdirib”.

Esmira Fuad Azərbaycan musiqisinin, milli geyimlərinin, mətbəxinin və idmanının ölkənin dünyada tanıdılmasında mühüm rol oynadığını vurğulayıb:

“Azərbaycanın üçrəngli bayrağı müxtəlif ölkələrdə dalğalanır, milli-mədəni dəyərlərimiz beynəlxalq miqyasda təbliğ olunur. Şuşanın və Qarabağın azad edilməsi, torpaqlarımızın işğaldan qurtulması da Azərbaycanın nüfuzunu və şöhrətini daha da artırıb. Vaxtilə Məhəmməd Hadi “Yoxdur millətimin imzası imzalar içində” deyərək xalqının taleyinə təəssüflənirdi. Bu gün isə böyük qürurla deyə bilərik ki, millətimizin imzası imzalar içindədir. Azərbaycanın mədəniyyəti, musiqisi, milli geyimləri və digər sahələrdəki nailiyyətləri xalqımızın dünyada tanınmasına və milli kimliyimizin qorunmasına xidmət edir”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycandakı Türkiyə bankının riskli aktivləri kəskin artdı
Next Post: Bakıda müdir maaşını istəyən işçisini döydü

Related Posts

  • 7 nazirlik işçi axtarır: 3 700 manat maaş Cəmiyyət
  • Bakı Metropolitenindən bloqerin şikayətinə cavab – “Xətdən qatar çıxarılmayıb” Cəmiyyət
  • Ayaz Müseyibova yeni vəzifə verildi Cəmiyyət
  • Mingəçevirdə Üzeyir Hacıbəyli adına musiqi məktəbinə yeni direktor təyin olunub Cəmiyyət
  • Bərdədə xəstəxananın həyətində doğuş oldu Cəmiyyət
  • Mingəçevirdə narkomanlığın doğuran səbəb və şərait müzakirə edildi – qarşısının alınması üçün hansı addımlar atılır? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Səbail” Alxasovu heyətinə qatdı İdman
  • Ermənistanda Azərbaycan əsgəri saxlanıldı – TƏCİLİ Hadisə
  • Gürcüstanın keçmiş dövlət naziri həbs edildi Dünya
  • Bu məhsulları soyuducuda saxlamaq olmaz Maraqlı
  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Adını çox az adamın bildiyi ölkə Çinə rəqib oldu Dünya
  • Avropa onları “cəhənnəm hücumları” ilə hədələyir – Siyarto Dünya
  • İlham Əliyev və Şahbaz Şərif Ramazan bayramı münasibətilə bir-birini təbrik edib Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by