Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Cərrahlar xəstələri səhv saldılar: bunu əməliyyat zamanı bildilər Dünya
  • Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB Cəmiyyət
  • İran Fars körfəzində hücumlarla bağlı ABŞ və İsrailə xəbərdarlıq edib Siyasət
  • Mingəçevirdə əmək yarmarkası keçirilib, çoxsaylı vakansiyalar təklif olunub. Cəmiyyət
  • Zığ qəsəbəsi, Bibiheybət yolu və Salyan şosesində sürüşmə sahələri aktivləşib Ölkə
  • Ərdoğanın Qəzza “Sülh Şurası”nın liderlər toplantısında iştirak edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq Dünya
  • Avropanın səhvi, Bakının üstünlüyü- Azərbaycansız nə enerji, nə təhlükəsizlik Ölkə
  • ABŞ Zəngəzura qoşun yeridə bilər Siyasət

ABŞ-nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib

Posted on 9 Mart 2026 By admin Şərh yoxdur ABŞ-nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən yeni və ən güclü nüvə aviadaşıyıcısı olan “USS Gerald R. Ford” (CVN-78) cümə günü ilk dəfə Süveyş kanalını keçərək Qırmızı dəniz sularına keçid edib. “Forbes” nəşrinin məlumatına görə, gəmi bununla da rəsmən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.

Aviadaşıyıcı artıq ötən aydan bəri Aralıq dənizinin şərq hissəsindən “Epik Qəzəb” (Epic Fury) əməliyyatına dəstək verirdi. Bu, gəminin 2017-ci ildə istismara verilməsindən bəri Yaxın Şərqə ilk hərbi ezamiyyəti və ABŞ-dən ən uzaq səfəridir.

Aviadaşıyıcı qrupunun regiona göndərilməsi ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda gərginliyi cilovlamaq və mümkün hücumların qarşısını almaq məqsədi daşıyır. Xatırladaq ki, ABŞ və İran arasında hərbi müstəvidə yeni gərginlik dalğası fevralın 28-də başlayıb. Husilər Tehranı dəstəklədiklərini bəyan etsələr də, hələlik regionda gəmiçiliyə qarşı hücumları bərpa etməyiblər.

Şənbə gününə olan məlumata görə, “USS Gerald R. Ford” artıq 255 gündür ki, fasiləsiz dənizdədir. Gəmi 24 iyun 2025-ci il tarixində Norfolk limanından (Virciniya ştatı) yola düşüb. ABŞ hərbi rəsmi nümayəndələrinin sözlərinə görə, missiya 11 aya qədər davam edə bilər və gəminin may ayından tez evə qayıtması gözlənilmir. Əgər bu müddət uzanarsa, o, “USS Abraham Lincoln” (CVN-72) gəmisinə məxsus 294 günlük müharibədən sonrakı rekordu qıra bilər.

Lakin ekspertlər uzunmüddətli missiyaların yaratdığı çətinlikləri də vurğulayırlar. Analitiklərin fikrincə, dənizdə bu qədər çox qalmaq texnikanın aşınmasına və heyətin yorulmasına səbəb olur ki, bu da insident riskini artıra bilər. Gəmi geri döndükdən sonra böyük ehtimalla uzunmüddətli texniki xidmətə ehtiyac duyacaq.

Bəzi hərbi ekspertlər xəbərdarlıq edirlər ki, dünyanın ən bahalı və müasir gəmisi olsa da, bu “su üzərindəki aerodrom” kiçik sualtı qayıqlar üçün hədəf ola bilər. Tarixi nümunələr və təlimlər göstərir ki, ucuz dizel-elektrik sualtı qayıqları böyük aviadaşıyıcılara “görünmədən” yaxınlaşaraq onları şərti olaraq məhv edə bilirlər. Bu, 20 milyard dollar dəyəri olan nəhəng hərbi aktivlərin asimmetrik təhdidlərlə üz-üzə qaldığına dair ciddi siqnal hesab olunur.

Dünya

Yazı naviqasiyası

Previous Post: Qvardiola diskvalifikasiya edildi
Next Post: AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə indiyə kimi 1442 nəfər daşınıb

Related Posts

  • Almaniyada məktəbə hücum: Ölənlər var Dünya
  • Almaniyada məktəbə hücum: Ölənlər var Dünya
  • Ukraynanın bu ərazilərində məcburi təxliyə elan edildi Dünya
  • ABŞ vətəndaşlığından imtina üçün nə qədər ödəniş tələb olunur? Dünya
  • Ermənistanda keçmiş baş nazirin oğlu HƏBS EDİLDİ Dünya
  • Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər – FOTO Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Top Tips for Playing Progressive Jackpots in the UK Blog
  • Arvadının atıb getdiyi kişi heyfini keçilərdən çıxdı Maraqlı
  • Azərbaycan nefti ucuzlaşıb İqtisadiyyat
  • How to Take a Break From Online Gambling: A Practical UK Guide Blog
  • Taksi sürücüsünü kəsici-deşici alətlə hədələdi – Saxlanıldı Kriminal
  • Rektor Anar Eminov kafedra müdiri Mehdi Rəhimovun vəfatı ilə bağlı Qazaxıstandan başsağlığı ünvanlayıb Təhsil
  • Şənbə günü hava dumanlı olacaq Ölkə
  • Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by