Mingəçevir şəhərinin 20 Yanvar küçəsində qısa müddət ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb.
ARAN Media-ya daxil olan ilkin məlumata görə, qəzalardan birində BYD, digərində isə Toyota Prius markalı minik avtomobili iştirak edib.

Hadisələrin başvermə səbəbləri və nəticələri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Qəzalarda xəsarət alanların olub-olmaması da dəqiqləşdirilir.

Faktlarla bağlı araşdırma aparılır. Əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.
Esmira Hidayətova, Mingəçevir