Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rektor Anar Eminov kafedra müdiri Mehdi Rəhimovun vəfatı ilə bağlı Qazaxıstandan başsağlığı ünvanlayıb Təhsil
  • 60 mindən çox köçkünün müavinəti kəsilib Ölkə
  • Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb Siyasət
  • Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır Ölkə
  • ABŞ 130 vətəndaşını İsraildən çıxarıb Siyasət
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət
  • FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb Ölkə
  • Dünyanın ən xoşbəxt ölkəsi başqalarına da xoşbəxt olmağı öyrədəcək Dünya

Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır

“Azərbaycanın su ehtiyatları azdır. 40% su itkisi gələcəkdə Azərbaycanın ərzaq təhlükəsizliyimizi sual altına sala bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Azərbaycanın 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacağı ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekoloq bu istiqamətdə müəyyən addımların atılmasının vacibliyini vurğulayıb:

“Suvarılan ərazilərin sayı artırılmalıdır, sudan qənaətlə istifadə olunmalıdır. Torpaq mənşəli kanallar beton üzlüklərlə əvəz olunmalıdır. Hamı bilir ki, Azərbaycanın su ehtiyatlarının 72% kənarda formalaşır. Bizim əsas çaylarımız Kür və Arazdır. Su qıtlığı isə gözləniləndir. Dünyanın 200 ölkəsi var, onun içərisində 35-ci yerdə olmaq təhlükəlidir. Azərbaycanın su ehtiyatlarının 25%-i işğaldan azad olunan ərazilərimizdədir. O vaxt bizə qarşı ermənilər su müharibəsi elan etmişdi, Sərsəng su anbarının qarşısını kəsib bizə su baraxmırdılar”.

Xosrov Musayev Sərsəng su anbarı və Suqovuşanın təmir olunmasının nəzərdə tutulduğunu qeyd edib:

“Həmin anbarlara su gətirən kanallar yoxdur. Amma kanallar dağılıb, yenidən qurulmalıdır. Dünyada baş verən ərzaq qıtlığının bir səbəbi də sudur. Çünki su olmasa, kənd təsərrüfatı məhsullarının istehsalından söhbət gedə bilməz”.

Xatırladaq ki, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycanın su ehtiyatlarının azaldığını açıqlayıb. O, Azərbaycanın 35 ölkəlik risk qrupunda olduğunu bildirib: “Beynəlxalq təşkilatların hesablamalarına görə, ölkəmiz 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacaq. Bu da bir növ aqrar sektorun transformasiyasında resurs əsaslı yanaşmanın da labüd olduğunu ortaya qoyur. Dövlət Proqramı da əsas hədəfləri müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılmasını hədəfləyir”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Dünyada milyonçuların sayı sürətlə artır
Next Post: Bölmə rəisi işdən çıxdı – Yeni vəzifəyə təyin olundu

Related Posts

  • Azərbaycanda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi Ölkə
  • Direktor işdən çıxarıldı – YENİ TƏYİNAT Ölkə
  • Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı Ölkə
  • Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi Ölkə
  • 60 mindən çox köçkünün müavinəti kəsilib Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • 100 qramı 900 kalori: Dünyanın ən yüksək enerji dəyərinə malik qidası Maraqlı
  • Şəhid anası qızına böyrəyini donor kimi bağışladı – FOTO Ölkə
  • İsrail 100.000 ehtiyat əsgərini çağırır Dünya
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb -YENİLƏNİB Ölkə
  • Mehdiyevlərin bankı BOKT-a çevrilir, aktivləri və öhdəlikləri ABB-yə ötürülür Ölkə
  • Qeyri-sabit hava bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ Ölkə
  • Asif Nəsirli dəfn edildi  Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by