Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • ABŞ-nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib Dünya
  • “Qarabağ” – “Sabah” matçında 6 qolluq heç-heçə qeydə alınıb İdman
  • Same-Day Neosurf Withdrawals: Which Australian Casinos Actually Deliver Blog
  • ​Cibinizdəki “saatlı bomba”: Hər gün etdiyimiz bu hərəkət telefonu daxildən məhv edir Cəmiyyət
  • Emin Mahmudov Qurban Qurbanova çatdı İdman
  • “Qalatasaray”ın oyunçusu Fransa klubuna transfer olundu İdman
  • Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı Kriminal
  • Zamirə Ədilova vəzifəsindən azad olundu Ölkə

Rektor Anar Eminov kafedra müdiri Mehdi Rəhimovun vəfatı ilə bağlı Qazaxıstandan başsağlığı ünvanlayıb

Posted on 6 Aprel 2026 By admin Şərh yoxdur Rektor Anar Eminov kafedra müdiri Mehdi Rəhimovun vəfatı ilə bağlı Qazaxıstandan başsağlığı ünvanlayıb

Elmi, pedaqoji və ictimai fikir həyatımızda özünəməxsus yeri, önəmli xidmətləri olan Mehdi Nizami oğlu Rəhimov düşüncə, mənəviyyat və əxlaqı yüksək səviyyədə öz şəxsində bütövləşdirən dəyərli ziyalı idi…

Ömrünün ən məhsuldar çağında – 44 yaşında Mehdi müəllimin aramızdan zamansız ayrılığı təkcə ailəsi, doğmaları üçün deyil, bütövlükdə elmi və akademik mühitimiz üçün ağır və sarsıdıcı itkidir…

Elmi, dünyagörüşü, araşdırmaları, ziyalı mövqeyi, ləyaqətli alim duruşu ilə Mehdi müəllim cəmiyyətimizə hələ çox gərəkli idi…

Sözə dərin həssasiyyəti, əqidəsinə sədaqəti, qələminə bağlılığı, elmi təfəkkürə söykənən istedadı ilə öz yolu, aydın mövqeyi olan Mehdi Rəhimov heç kimi təkrarlamayan bənzərsiz bir ömür yaşadı…

Şərəfli bir müəllim ömrü…

Fədakar alim ömrü…

Gördüyü misilsiz işlərin alt qatında heç kimdən təmənna ummayan ucakönüllü insan ömrü…

Mənalı ömrünü elmə, təhsilə və insan yetişdirməyə həsr etmişdi… Gəncə Dövlət Universitetində başladığı müəllimlik yolundan etibarən Mehdi müəllim düşünən, düşündürən, istiqamət verən bir pedaqoq kimi formalaşmışdı. Tələbələri üçün o, sadəcə müəllim deyildi, həm də yol göstərən bir örnək idi…

Son illərdə Mingəçevir Dövlət Universitetində Xarici dillər kafedrasının müdiri kimi fəaliyyət göstərərək universitet mühitində elmi düşüncənin, akademik nizam-intizamın və keyfiyyətli təhsilin formalaşmasına mühüm töhfələr verdi…

Dilçilik elminin müxtəlif istiqamətlərində apardığı dərin araşdırmalar, xüsusilə ingilis dilinin Amerika variantında frazeoloji vahidlərin linqvokulturoloji təhlili sahəsindəki tədqiqatları onu seçilən alimlər sırasına yüksəltdi. Azərbaycan və ingilis dillərinin terminoloji və semantik sistemlərinə dair elmi işləri bu sahədə mühüm mənbə kimi dəyərləndirilir.

Cəmi 44 illik ömrə sığdırdığı elmi irs – onlarla dərs proqramı, monoqrafiya, dərs vəsaiti və beynəlxalq konfranslarda məruzələr, nəşr olunan elmi məqalələr onun necə böyük zəhmət, məsuliyyət və elmə sədaqət sahibi olduğunu bir daha təsdiq edir…

Unikal yaddaş, qeyri-adi istedad sahibi idi. Müəllimliyi də alimliyi kimi bənzərsiz idi. Yüksək insani keyfiyyətləri ilə seçilən, təvazökar, səmimi, prinsipial və əqidəsinə sadiq bir ziyalı idi…

Həmkarlarının hörmətini qazanan, tələbələrinin sevgisini qazanan nadir insanlardan idi…

Zəngin elmi kitabxanasını, yolunu, maarifçi əqidəsini, elmi araşdırmalarını, kitablarını yetirmələrinə mənəvi miras olaraq əmanət edib Haqq dünyasına qovuşdu əziz Mehdi müəllim…

Həyatın qızıl qaydası belədir: Tanrıdan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…

Bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə qayıdacağımızdadı..

Mehdi müəllim bir gözəl üzlə döndü Tanrının qapısına… Başıuca, üzüağ, alnıaçıq…

Cismən aramızdan ayrılsa da, elmi yolu, yetişdirdiyi tələbələr, qoyduğu mənəvi və elmi irs onu əbədi yaşadacaq…

Mehdi müəllimin zamansız son mənzilə yolçuluğu MDU ailəsini dərindən sarsıtdı…

O, yalnız Mingəçevir Dövlət Universitetinin kafedra müdiri deyildi, universitetin elmi ruhunu daşıyan, sözün əsl mənasında ziyalı siması idi…

Mingəçevir Dövlət Universitetinin rektoru olaraq, dəyərli həmkarımızın itkisini dərin hüznlə qarşılayır, universitetin bütün pedaqoji kollektivi adından ailəsinə, doğmalarına və onu tanıyan hər kəsə səbr diləyirəm…

Cismən aramızda olmasa da, kitabları, monumental elmi tədqiqatları ilə Mehdi müəllim həmişə bizimlə olacaq! Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!…

Əziz həmkarımızın ruhuna dərin ehtiramla,

Anar Eminov

Mingəçevir Dövlət Universitetinin rektoru

Təhsil

Yazı naviqasiyası

Previous Post: Yer kürəsi 54 il fərqlə.. – FOTO
Next Post: İran hücum etdi: Çox sayda Amerikalı əsgər yaralandı

Related Posts

  • Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək Təhsil
  • 2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq  Təhsil
  • Yeni təmayüllü tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə start verildi Təhsil
  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil
  • Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu Təhsil
  • Anar Eminov: “Bu əməkdaşlıqlar Mingəçevir Dövlət Universitetinin rəqəmsal gələcəyinə və tələbələrimizin uğurlu karyerasına mühüm töhfə verəcək” Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar” Siyasət
  • Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər – “Bloomberg” İqtisadiyyat
  • Avropa onları “cəhənnəm hücumları” ilə hədələyir – Siyarto Dünya
  • Paşinyandan İran açıqlaması: “Risk yaranarsa, qərar verməli olacağıq” Siyasət
  • Hövsanın su təchizatında fasilə yaranıb – SƏBƏB NƏDİR? Ölkə
  • Qlobal təhlükəsizlikdə – Bakı yumşaq güc və qlobal aktor rolunda Siyasət
  • “Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA Cəmiyyət
  • Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by