Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Məni istəməyəni bağışlaya bilmirəm” Mədəniyyət
  • Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı Ölkə
  • İran Ərbil hava limanına zərbə endirib Siyasət
  • Sabunçuda evdən 9 min manat oğurlanıb Kriminal
  • Narkomaniya və zərərli vərdişlərə yox deyək!  Cəmiyyət
  • Roma Papası çağırış etdi Dünya
  • Virusların yayılmasına kömək edən mexanizm aşkarlandı Maraqlı
  • “ABŞ-nin dünyanın digər regionlarında öhdəlikləri var” Dünya

Dünyada milyonçuların sayı sürətlə artır

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Dünyada milyonçuların sayı sürətlə artır

“Capgemini” şirkətinin illik “World Wealth Report” hesabatına görə, ötən il dünyada milyonçuların sayı 2 milyon nəfər artaraq 25,3 milyona çatıb.

Qlobal sərvətin ümumi həcmi isə 8,7% artaraq 98,3 trilyon dollara yüksəlib. Bu, 2018-ci ildən bəri ən yüksək artım tempi kimi qeyd olunur.

Hesabata əsasən, sərvət artımı demək olar ki, bütün regionlarda müşahidə olunub. Yalnız Yaxın Şərq istisna təşkil edib.

Analitiklər bu artımı fond bazarlarının güclənməsi və inflyasiyanın azalması ilə izah edirlər. Xüsusilə yarımkeçiricilərə olan yüksək qlobal tələbat Asiya bazarlarını dəstəkləyib və bölgədə yeni milyonçuların sayını artırıb.

Ən böyük artım ABŞ-da qeydə alınıb — 736 min yeni milyonçu. Ümumi sayı 8,7 milyon nəfərə çatıb.

Asiya-Sakit okean regionunun milyonçuların sayı 9,4%, ümumi sərvət isə 10,5% artıb. Yaponiya və Çin ən yüksək nəticə göstərən ölkələr olub (müvafiq olaraq 436 min və 154 min yeni milyonçu).

2024-cü ildəki geriləmədən sonra 2025-ci ildə Avropada milyonçuların sayı 6,5% artıb. Ən yüksək artım Lüksemburqda (13,5%), Almaniyada (11,1%), Fransa və Böyük Britaniyada isə daha zəif templə qeydə alınıb.

Afrika regionunda artım 4,1% olub. Əsas səbəb qiymətli metalların bahalaşmasıdır. Ən böyük artım Mərakeşdə (16,8%) qeydə alınıb.

Yeganə azalma müşahidə olunan region Yaxın Şərq olub — 1,4% eniş. Buna regional münaqişələr, neft qiymətlərinin azalması və iqtisadi fəallığın zəifləməsi səbəb göstərilir.

Hesabatda vurğulanır ki, ümumilikdə dünya üzrə sərvət artımı qlobal maliyyə bazarlarının sabitləşməsi ilə əlaqədardır.

Dünya

Yazı naviqasiyası

Previous Post: Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
Next Post: Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır

Related Posts

  • Ukraynadan sərt addım: İranlı siyasətçi “qara siyahı”ya salındı Dünya
  • Yaponiyada mübahisə ölümlə nəticələndi: 17 yaşlı uşaq öldürüldü Dünya
  • Netanyahu növbədənkənar seçkilərə gedə bilər – KİV Dünya
  • Rusiyada dəhşətli yanğın: Ana və dörd övladı həlak oldular Dünya
  • Ərdoğanın Qəzza “Sülh Şurası”nın liderlər toplantısında iştirak edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq Dünya
  • Ərdoğan: Türkiyə terrorla mübarizədə Pakistanın yanındadır Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Oruclu halda yemək bişirən qadına qızıl hədiyyə edilməlidir? – İlahiyyatçıdan AÇIQLAMA Cəmiyyət
  • Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Ölkə
  • “ABŞ-nin dünyanın digər regionlarında öhdəlikləri var” Dünya
  • Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır Dünya
  • Kreml Bakının Avrasiya İnkişaf Bankının səhmdar olmasını istəyir – Qaluzin Siyasət
  • Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? – AÇIQLANDI Cəmiyyət
  • Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır Ölkə
  • KİV: “Tottenhem” rəhbərliyi İqor Tudora ultimatum verdi İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by