Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Zirə” 5 futbolçu ilə yollarını ayırıb İdman
  • SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu yolda sıxlıq yaranıb Cəmiyyət
  • Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? – NAZİRDƏN MÜHÜM AÇIQLAMA Təhsil
  • Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR Hadisə
  • Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək Ölkə
  • Altıncı hissi çox güclü olan BÜRCLƏR Maraqlı
  • Mərkəzi Bankdan sahibkarlar üçün yeni kredit qaydaları  İqtisadiyyat
  • Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər – Pediatrdan XƏBƏRDARLIQ Cəmiyyət

Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər

Posted on 20 Aprel 202620 Aprel 2026 By admin Şərh yoxdur Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər

Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər.

100 ildən çox yaşı olan qamış bina artıq tam yararsız vəziyyətə düşüb və hər an uçmaq riski daşıyır.

İkimərtəbəli binada 8 ailə yaşayır. Sakinlər bildirirlər ki, evin divarları çat verib, konstruksiya ciddi şəkildə zəifləyib və bina faktiki olaraq yaşamaq üçün təhlükəli vəziyyətdədir.

“Burada ölüm təhlükəsi ilə yaşayırıq. Dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir real tədbir görülməyib”, – deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə vətəndaşlara cavab verilib. Qurumun bildirdiyinə görə, Araz Novruzov küçəsi, 34 ünvanında yerləşən və uzun müddət istismar nəticəsində qəzalı vəziyyətə düşən bina artıq Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən qəzalı binalar siyahısına daxil edilib.

Qeyd olunur ki, həmin qərar Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır və şəhərsalma normalarına cavab verməyən təhlükəli binaların mərhələli şəkildə köçürülməsini nəzərdə tutur.

Bununla belə, sakinlər real vəziyyətin dəyişmədiyini, binanın hələ də istifadə olunduğunu və təhlükənin davam etdiyini bildirirlər. Onların sözlərinə görə, məsələ həll olunmadığı üçün hər gün risk altında yaşayırlar.

Ölkə

Yazı naviqasiyası

Previous Post: “Şou-biznesdəki əkizim Tünzalə Ağayevadır”
Next Post: Bu BÜRCLƏR gözlənilməz yerdən pul ALACAQ

Related Posts

  • Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir  Ölkə
  • İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN Ölkə
  • Hava kəskin dəyişir – Leysan, şimşək, daşqın Ölkə
  • Bu ərazidə 760 abonent qazsız qaldı Ölkə
  • Bakı faktoru ilə hesablaşan Brüssel: Strateji tərəfdaşlığın yeni mərhələsi Ölkə
  • Nazir ərzaq təhlükəsizliyindən danışdı Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Məktəblərdə neçə gün dərs olmayacaq? Təhsil
  • Sürücülər arasında yol davası – Saxlanılan var Hadisə
  • Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib Təhsil
  • Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevirəcək – Baş nazir  Ölkə
  • Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir  Ölkə
  • Mingəçevir liseyinin növbəti qürur mənbəyi: Burlaxatun qəbul imtahanında yüksək nəticə göstərdi Təhsil
  • İran Ərbil hava limanına zərbə endirib Siyasət
  • Nazir: Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by