Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Çindən təhlükəli ixtira: dünya internetini kəsə biləcək Dünya
  • Azərbaycanda dövlət qulluğu islahatları: vahid əməkhaqqı modelinin əhəmiyyəti Ölkə
  • Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA Ölkə
  • Ayaz Müseyibova yeni vəzifə verildi Cəmiyyət
  • Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib Ölkə
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə
  • Ukrayna PUA-larla Moskvaya hücum edib Siyasət
  • Arıqlamaq istəyirsinizsə bu vərdişləri unudun Cəmiyyət

Ağ Ev və Tehran razılığa gəlir – DETALLAR

Posted on 6 May 2026 By admin Şərh yoxdur Ağ Ev və Tehran razılığa gəlir – DETALLAR

 ABŞ və İranın müharibəyə son qoyacaq və nüvə danışıqlarına yol açacaq bir səhifəlik anlaşma memorandumu imzalamağa çox yaxın olduqları bildirilir.  Ağ Ev bununla bağlı Tehrandan 48 saat ərzində cavab gözləyir.

ABŞ rəsmilərinə və məsələ ilə tanış mənbələrə əsaslanan məlumata görə, Ağ Ev administrasiyası İranla müharibəyə son qoymaq üçün tarixi bir razılaşmanın astanasındadır. İki ölkə arasında bir səhifəlik anlaşma memorandumu həm hərbi əməliyyatları dayandırmağı, həm də hərtərəfli nüvə danışıqları üçün yeni bir çərçivə yaratmağı hədəfləyir.

Vaşinqton növbəti 48 saat ərzində Tehrandan əsas məsələlərlə bağlı yekun cavab gözləyir.
Prezident Donald Trampın Hörmüz boğazında planlaşdırılan yeni hərbi əməliyyatı dayandırmaq və kövrək atəşkəsin pozulmasının qarşısını almaq qərarı da bu diplomatik irəliləyişlə əlaqələndirilir.

Məlumata görə, Trampın elçiləri Stiv Uitkof və Cared Kuşner həm birbaşa, həm də vasitəçilər vasitəsilə İran rəsmiləri ilə 14 maddəlik mətn üzərində danışıqlar aparırlar. Hazırkı layihəyə əsasən, regionda müharibə bitmiş elan ediləcək və Hörmüz boğazının açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının ləğvi daxil olmaqla 30 günlük ətraflı danışıqlar prosesi başlayacaq. Danışıqlar İslamabadda və ya Cenevrədə baş tuta bilər.
Bu 30 günlük müddət ərzində İranın gəmilərin keçidinə qoyduğu məhdudiyyətlər və ABŞ-ın dəniz blokadası tədricən aradan qaldırılacaq. Lakin prosesin həssaslığına diqqət çəkən ABŞ rəsmisi vəziyyəti aşağıdakı sözlərlə ümumiləşdirib:
“Danışıqlar uğursuz olarsa, ABŞ qüvvələri blokadanı yenidən tətbiq edə və ya hərbi əməliyyatları bərpa edə bilər”.

Sazişin ən vacib məqamı uran zənginləşdirmə fəaliyyətlərinin dayandırılmasıdır. İran 5 illik müddət təklif etsə də, ABŞ 20 il müddətində israr etdi. Mənbələr orta yolun 12 ilə 15 il arasında tapıla biləcəyini göstərir. Sazişə əsasən, İran nüvə silahı əldə etməməyi öhdəsinə götürəcək və yeraltı nüvə obyektlərini işlətməməyi qəbul edəcək. Birləşmiş Millətlər Təşkilatının müfəttişləri tərəfindən qəfil yoxlamalar da daxil olmaqla ciddi monitorinq mexanizmi də tətbiq olunacaq.
Bunun müqabilində ABŞ tədricən İrana qarşı sanksiyaları ləğv edəcək və İranın  dondurulmuş milyardlarla dollarlıq vəsaitlərindın istifadəyə icazə veriləcək. Ən təəccüblü iddia İranın yüksək dərəcədə zənginləşdirilmiş uranın ölkədən xaricə, ehtimal ki, ABŞ-a göndərilməsinə razılıq verməsi ehtimalıdır.

ABŞ dövlət katibi Marko Rubio prosesin çətinliyini vurğulayaraq bildirib ki, razılaşmanın bir gecədə kağız üzərində qalması vacib deyil. “Bu, son dərəcə mürəkkəb və texniki bir məsələdir. Lakin bizə danışıqlar aparmaq istədikləri məsələlər və əvvəlcə etmək istədikləri güzəştlərin miqyası barədə çox aydın bir diplomatik həll yolu lazımdır ki, bu səylər dəyərli olsun”, – o qeyd edib.

Rubio onu da qeyd edib ki, Tehran administrasiyasının yekun razılığa gəlib-gəlməyəcəyi hələ də məlum deyil.
Çində səfər də olan İranın xarici işlər naziri Abbas Əraqçi Pekində çinli həmkarı Vanq Yi ilə görüşündə bildirib ki, İran hakimiyyəti münaqişənin həlli üçün ABŞ ilə ədalətli razılığa gəlməyə hazırdır. “Biz yalnız ədalətli və hərtərəfli bir razılaşmanı qəbul edəcəyik”, – Əraqçi vurğulayıb.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Ərdoğan Makronu Ermənistandan Türkiyəyə buraxmayıb
Next Post: Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib

Related Posts

  • ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə  Siyasət
  • Kanal 12: Tramp tələb etdi-İsrail İrana hücumları dayandırdı Siyasət
  • Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır Siyasət
  • Deputatdan təklif: Belçika ilə parlamentlərarası qrupunun fəaliyyəti dayandırılsın Siyasət
  • Tehranla Ağ Ev razılaşmanı bu tarixdə imzalayacaq Siyasət
  • İrandan Türkiyəyə atılan raket məhv edildi Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “İllər keçir, bəzi yaralar sağalmır” Mədəniyyət
  • Tovuzda ana körpə qızını atıb gedib – FOTO – YENİLƏNİB Cəmiyyət
  • Qərb derbisində qalib müəyyənləşmədi İdman
  • Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu Cəmiyyət
  • Türkiyə səhəri güclü zəlzələ ilə açdı Dünya
  • Bir ay komada qalan aktyor o biri dünyada gördüklərini danışdı Maraqlı
  • “Şamaxinka”da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ Ölkə
  • Ən dəhşətli il: dənizdə yüzlərlə qaçqın ölüb Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by