Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İranın yeni Ali Lideri sağdır və sağlamdır – Pezeşkian Dünya
  • İsrail ordusu İranla müharibə planlarını açıqlayıb Siyasət
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq Maraqlı
  • Bakıda dəyişkən iş qrafikinə nə vaxtdan başlanılacaq? – AÇIQLAMA Ölkə
  • Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin Cəmiyyət
  • İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi Ölkə
  • Azərbaycanda zəlzələ oldu Hadisə
  • “İflicdən sonra düşündüm ki, teatrla qurtardım” – Kubra Əliyeva Mədəniyyət

Mingəçevir Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımının 34-cü ildönümü anılıb

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin Şərh yoxdur Mingəçevir Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımının 34-cü ildönümü anılıb

İlk öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, icra hakimiyyətinin məsul əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi və digər təhsil müəssisələrinin rəhbərləri Mingəçevir şəhər Şəhidlər xiyabanında ucaldılmış Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş xatirə kompleksini ziyarət ediblər. Abidə-kompleksinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Daha sonra anım mərasimi icra hakimiyyətinin inzibati binasında davam etdirilib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Xocalı faciəsinin xalqımızın tarixində ən qanlı və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, 1992-ci ilin fevralında baş verən bu dəhşətli hadisə dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktıdır.

İcra başçısı vurğulayıb ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın mərd və cəsarətli jurnalistlərinin xüsusi rolu olub:

“O ağır günlərdə həyatlarını riskə ataraq hadisə yerindən reportajlar hazırlayan, faktları sənədləşdirən Azərbaycan jurnalistləri Xocalıda törədilən vəhşilikləri dünya ictimaiyyətinə çatdırdılar. Onların çəkdikləri kadrlar və yaydıqları məlumatlar sayəsində beynəlxalq aləm bu faciənin əsl mahiyyətini gördü. Bu, həqiqətin susdurulmadığının bariz nümunəsidir.”

Daha sonra İlham İsmayılov faciə barədə geniş nitq söyləyərək bildirib:

“Xocalı soyqırımı təkcə bir şəhərin deyil, bütün Azərbaycan xalqının faciəsidir. Günahsız körpələrin, qadınların, qocaların amansızlıqla qətlə yetirilməsi insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Lakin xalqımız bu ağrını ləyaqətlə daşıdı, birliyini və mübarizə əzmini daha da möhkəmləndirdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün azad torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması Xocalı qurbanlarının ruhuna ən böyük ehtiramın ifadəsidir. Biz onların xatirəsini daim uca tutacaq, həqiqətləri gələcək nəsillərə çatdıracağıq.”

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına dövlət səviyyəsində siyasi qiymət verilib, Prezident İlham Əliyev tərəfindən isə faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirilir.

Qeyd edək ki, Mingəçevir şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbirləri davam etdirilir.

Esmira Hidayətova, Mingəçevir 

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: No Deposit Casino Bonuses: Full UK Guide
Next Post: Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı

Related Posts

  • Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA Cəmiyyət
  • Mingəçevirdə Aprel şəhidləri anılıb: icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri ailələri ziyarət edib Cəmiyyət
  • Yaşları ilə bağlı narahatlıq qadınlarda qocalma prosesini sürətləndirir – Yeni tədqiqat Cəmiyyət
  • Sözün və Elmın Vəhdəti: Gənc şair Nərmin Əliyevanın vətənpərvərlik missiyası Cəmiyyət
  • Qisasını qardaşı arvadının maşınından aldı – Bakıda qəribə ailə münaqişəsi Cəmiyyət
  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb Dünya
  • Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ Ölkə
  • Ceyhun Bayramov ilə Bolqarıstanın xarici işlər naziri arasında telefon danışığı olub Ölkə
  • NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar Dünya
  • Naxçıvanda avtomobil su kanalına aşıb – xəsarət alanlar var Hadisə
  • Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub İdman
  • İmtahan çətinliyi barədə nazirdən MESAJ Təhsil
  • Direktor işdən çıxarıldı – YENİ TƏYİNAT Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by