Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB Ölkə
  • Sakit okeanda zəlzələ baş verdi Dünya
  • İsrail ordusu İranla müharibə planlarını açıqlayıb Siyasət
  • Zelenskinin verdiyi cavab rüsvayçılıqdır – Orban Dünya
  • Yer kürəsi 54 il fərqlə.. – FOTO Maraqlı
  • 4200 il əvvəl Yerdə güclü sivilizasiyaların süqutuna səbəb ola biləcək hadisə baş verib? Maraqlı
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki Maraqlı

Telefon və kompüter gözünüzü necə zədələyir? – Mavi işığın təhlükələri

Posted on 22 Mart 2026 By admin Şərh yoxdur Telefon və kompüter gözünüzü necə zədələyir? – Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib.

Bu vəziyyət sağlamlığa təsir göstərir.

Göz xəstəlikləri üzrə türkiyəli mütəxəssis, professor Osman Şevki Arslan bildirib ki, mavi işığın göz sağlamlığına təsiri ilə bağlı tam dəqiq elmi nəticələr olmasa da, bu sahədə ciddi narahatlıqlar mövcuddur. Onun sözlərinə görə, problem təkcə mavi işıq deyil, həm də uzunmüddətli ekran istifadəsi, yanlış oturuş və baxış məsafəsinin düzgün seçilməməsidir:

“Rəqəmsal ekranlar yalnız mavi işıq yaymır, eyni zamanda uzun müddət istifadə edildikdə boyun və skelet sistemi üzərində də mənfi təsirlər yaradır. Ekrana baxma müddəti, məsafəsi və duruş forması sağlamlıq üçün ciddi risk faktorlarıdır”.

Professor əlavə edib ki, mavi işıq insanın bioloji saatına da təsir göstərir. Günəş işığının melatonin hormonunu tənzimlədiyini xatırladan Arslan bildirib ki, gün ərzində bu hormonun azalması insanı oyaq saxlayır, axşam saatlarında isə artaraq yuxuya keçidi asanlaşdırır. Lakin gecə saatlarında ekranlardan yayılan mavi işıq bu prosesi pozaraq yuxu problemlərinə səbəb olur.

Qeyd edib ki, yuxu pozuntuları nəticəsində enerji səviyyəsi aşağı düşür, əhval-ruhiyyə pisləşir və zehni fəaliyyət zəifləyir.

“Orqanizm kifayət qədər istirahət edə bilmir və bu da ümumi sağlamlığa mənfi təsir göstərir”, – deyə o vurğulayıb.

Həkim yuxudan ən azı 3-4 saat əvvəl telefon, kompüter və televiziya istifadəsinin dayandırılmasını tövsiyə edir. İzah edib ki, əgər gecə saat 23:00-00:00 aralığında yatmaq planlaşdırılırsa, ekran istifadəsini ən gec 21:00-22:00-da bitirmək lazımdır. Əks halda, insan təbii yuxuya keçə bilmir.

Eyni zamanda, uzun müddət ekrana yaxın məsafədən baxmağın gözlərdə yorğunluq yaratdığını deyən professor qeyd edib ki, kompüterdən istifadə zamanı optimal məsafə 40-60 santimetr olmalıdır.

Uşaqların bu təsirlərə daha həssas olduğunu bildirərək valideynlərə də müraciət edib. Söyləyib ki, 0-2 yaş arası uşaqların ekranlardan tam uzaq tutulması vacibdir. 2-5 yaş arası uşaqlar üçün isə gündəlik ekran vaxtı maksimum 40 dəqiqə ilə 1 saat arasında olmalıdır:

“Uşaqları ekranla sakitləşdirmək onların inkişafına mənfi təsir göstərir. Bu, diqqət dağınıqlığına, öyrənmə çətinliklərinə və fokuslanma problemlərinə səbəb ola bilər”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI
Next Post: Gəncədə evdə partlayış – 61 yaşlı kişi yaralandı

Related Posts

  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişib Cəmiyyət
  • İlham İsmayılov sakinlərin problemlərini dinlədi – Mingəçevirdə səyyar qəbul Cəmiyyət
  • Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər Cəmiyyət
  • Bayram öncəsi ən çox verilən sual: Əfv olacaqmı? Cəmiyyət
  • Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ermənistan və ABŞ TRIPP layihəsi üzrə yeni saziş hazırlayırlar Siyasət
  • Əli Əhmədovun oğluna yeni vəzifə verildi Ölkə
  • Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq Cəmiyyət
  • Bu həftə hönkür-hönkür ağlayacaq BÜRCLƏR Cəmiyyət
  • Rektor Anar Eminov kafedra müdiri Mehdi Rəhimovun vəfatı ilə bağlı Qazaxıstandan başsağlığı ünvanlayıb Təhsil
  • Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin Cəmiyyət
  • “Biri ilə çay içirəm, başqa yerə yozur” Cəmiyyət
  • Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by