Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Neymar Robinyonun oğlunu vurdu İdman
  • Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi Dünya
  • Sabah yağış və dumanla əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq Ölkə
  • 40 min abonentin qaz təchizatında fasilə yaranacaq Ölkə
  • Rəsmi İrəvan: Ermənistan Aİ-yə inteqrasiyanın “yol xəritəsi”ni həyata keçirir Dünya
  • ABŞ ordusu Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə edib Dünya
  • Türkiyədə güclü zəlzələ oldu Dünya
  • İsrailli nazir “Eşref Rüya”nın aktyorunu təhdid etdi – VİDEO Dünya

Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər tədbiri keçirilib – Mingəçevir Dövlət Universiteti fəallığı ilə seçilib

Posted on 14 Mart 202614 Mart 2026 By admin Şərh yoxdur Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər tədbiri keçirilib – Mingəçevir Dövlət Universiteti fəallığı ilə seçilib

Mingəçevir şəhərində baharın gəlişi münasibətilə genişmiqyaslı ümumşəhər tədbiri təşkil olunub. Şəhərin müxtəlif ərazilərində keçirilən tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, şəhərin inzibati idarə və müəssisələrinin rəhbərləri, əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.


Tədbirin əsas məqsədi şəhərin daha da abadlaşdırılması, yaşıllaşdırma işlərinin genişləndirilməsi və yaz mövsümünün gəlişi münasibətilə Mingəçevirin daha gözəl və səliqəli görkəm almasına töhfə vermək olub. Ümumşəhər tədbiri çərçivəsində şəhərin müxtəlif küçə və parklarında təmizlik və abadlıq işləri aparılıb, yaşıllıq sahələrinə qulluq göstərilib.


Xüsusilə qeyd olunmalıdır ki, keçirilən ümumşəhər tədbirində Mingəçevir Dövlət Universitetinin müəllim və tələbə heyəti də fəal iştirak edərək şəhər həyatına verdiyi töhfə ilə diqqət çəkib. Universitet kollektivinin bu cür ictimai təşəbbüslərə qoşulması ali təhsil ocağının şəhər ictimai həyatında aktiv mövqeyinin bariz nümunəsi kimi qiymətləndirilir.


Mingəçevir Dövlət Universitetinin kollektivi bu tədbirdə universitetin rektoru Anar Eminovun rəhbərliyi və təşəbbüsü ilə iştirak edib. Rektorun rəhbərliyi altında universitetin müəllim və tələbələri şəhərdə keçirilən ictimai və sosial əhəmiyyətli tədbirlərdə daim fəallıq nümayiş etdirərək, Mingəçevirin inkişafına və ictimai həyatının daha da canlanmasına öz töhfələrini verməyə çalışırlar.
Ümumşəhər tədbiri bir daha göstərdi ki, Mingəçevir Dövlət Universiteti yalnız elm və təhsil sahəsində deyil, həm də şəhərin ictimai həyatında mühüm rol oynayan, cəmiyyətlə sıx əlaqədə fəaliyyət göstərən ali təhsil müəssisələrindən biridir. Universitet kollektivinin bu cür tədbirlərdə mütəmadi iştirakı isə şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.


Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi dövründə universitetin şəhər və respublika miqyaslı tədbirlərdə fəallığı daha da artıb və ali təhsil ocağı şəhərin ictimai həyatının ayrılmaz hissəsinə çevrilib. Bu isə universitetin cəmiyyətlə inteqrasiyasının və sosial məsuliyyətinin bariz göstəricisi kimi dəyərləndirilir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər iməciliyi keçirilib
Next Post: Mingəçevir Modern Teatrında aktyorluq dərnəyi üzvlərinə sertifikatlar təqdim olunub

Related Posts

  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil
  • Rektor Anar Eminov kafedra müdiri Mehdi Rəhimovun vəfatı ilə bağlı Qazaxıstandan başsağlığı ünvanlayıb Təhsil
  • Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər? Təhsil
  • Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq Təhsil
  • Mingəçevir Dövlət Universitetinin əziz xanım əməkdaşları və tələbələri!  Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Zığ qəsəbəsi, Bibiheybət yolu və Salyan şosesində sürüşmə sahələri aktivləşib Ölkə
  • KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır Dünya
  • Bölmə rəisi işdən çıxdı – Yeni vəzifəyə təyin olundu Ölkə
  • Cəmiyyət
  • Yevlaxın bir hissəsində qaz kəsiləcək Cəmiyyət
  • İran Hörmüz boğazını açıb Siyasət
  • Qəhvə diabet riskini azalda bilər Maraqlı
  • Cərrahlar xəstələri səhv saldılar: bunu əməliyyat zamanı bildilər Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by