Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək – SİYAHI Təhsil
  • “ABŞ-nin dünyanın digər regionlarında öhdəlikləri var” Dünya
  • AFFA “Qarabağ” və “Sabah”ı sərt cəzalandırdı İdman
  • Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA Ölkə
  • Netanyahu növbədənkənar seçkilərə gedə bilər – KİV Dünya
  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət
  • Şəbnəmdən İDDİALI AÇIQLAMA – “Onlara ən çox pul verən mənəm” Cəmiyyət
  • “Zirə” Azərbaycan Kubokunun ilk yarımfinalçısı oldu  İdman

Moskva Tehrana məfxi raket texnologiyası ötürüb: ABŞ gəmilərinə qarşı yeni təhlükə

Posted on 2 Sentyabr 2026 By admin Şərh yoxdur Moskva Tehrana məfxi raket texnologiyası ötürüb: ABŞ gəmilərinə qarşı yeni təhlükə

Rusiya İrana yeni nəsil səsdən iti (hipersonik) kruiz raketlərinin hazırlanmasında gizli dəstək verir.

“Financial Times” (FT) nəşrinin yaydığı məlumata görə, rus mühəndisləri səsdən dəfələrlə sürətli uça bilən bu silahlar üçün xüsusi mühərriklərin yaradılmasına yaxından köməklik göstəriblər. Ekspertlər bildirirlər ki, sözügedən texnologiya Yaxın Şərqdə yerləşən ABŞ təyyarədaşıyan gəmiləri və digər hərbi dəniz qüvvələri üçün ciddi təhdidə çevrilə bilər.

Nəşrin araşdırmasına əsasən, tərəflər arasında “C430L” kod adlı məxfi layihəyə 2023-cü ildə start verilib. Proqramın təşkilatçıları qismində Rusiyanın dövlət silah ixracatçısı “Rosoboronexport” və “Maşınqayırma” (“Mashinostroyeniye”) müəssisəsi çıxış edib. Layihəyə Rusiyanın raket sahəsindəki ən təcrübəli alim və mütəxəssisləri cəlb olunub.

Hələ 2023-cü ilin noyabrında İran Müdafiə Nazirliyi ilə rəsmi müqavilə imzalanmazdan əvvəl rusiyalı nümayəndələr və mühəndislər dəfələrlə Tehrana səfərlər ediblər. Onların arasında dəniz bazalı raket sistemlərinin baş konstruktoru Aleksandr Derqaçev və səsdən iti ramjet (düzaxınlı reaktiv) mühərrikləri üzrə mütəxəssis Aleksandr Çebakov kimi tanınmış simalar yer alıb.

İran üçün bu texnologiyanın əldə edilməsi strateji əhəmiyyət kəsb edir. Səsdən bir neçə dəfə yüksək sürət və aşağı hündürlükdə uçuş imkanı düşmənin hava və raketdən müdafiə sistemlərinin hədəfi vaxtında aşkarlayıb zərərsizləşdirməsini demək olar ki, qeyri-mümkün edir. Bu isə Fars körfəzində mövqelənən ABŞ və onun müttəfiqlərinin hərbi gəmiləri üçün birbaşa risk yaradır.

Hazırda İran özünün dəqiq zərbə gücünə malik reaktiv mühərrikini sınaqdan keçirsə də, Rusiya ilə birgə hazırlanan səsdən iti raketlərin artıq silahlanmaya qəbul edildiyinə dair hələlik rəsmi sübut yoxdur.

Maraqlıdır ki, regionda alovlanan hərbi münaqişələrə baxmayaraq, iki ölkə arasındakı məxfi proqram dayandırılmayıb. “Rosoboronexport” şirkəti layihənin növbəti mərhələsi ilə bağlı qarşı tərəfə rəsmi məktub göndərərək texniki detalları razılaşdırıb. Lakin proqramın yeni mərhələsinin tam olaraq icrasına başlanılıb-başlanılmadığı hələlik məlum deyil.

Dünya

Yazı naviqasiyası

Previous Post: Elvin Cəfərquliyev əməliyyat olundu – Son durumu necədir? – FOTO
Next Post: Messinin 10 nömrəli formasını o geyinəcək

Related Posts

  • Hər beş dəqiqədə iki yeni diaqnoz: İranda xərçəng xəstəliyi ilə bağlı qorxunc statistika Dünya
  • İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur Dünya
  • Ərdoğan komandasında ciddi dəyişikliklərə hazırlaşır Dünya
  • Kubada Kommunist Partiyasının ofisinə hücum edilib Dünya
  • 20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı Dünya
  • Rusiya: Fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İranda son bir ildə 15 min insan yol qəzalarının qurbanı olub Dünya
  • Bakıda dəyişkən iş qrafikinə nə vaxtdan başlanılacaq? – AÇIQLAMA Ölkə
  • Pirşağıda dənizdə batan şəxsin axtarışları davam etdirilir Cəmiyyət
  • Dünyanın ən varlı ölkələrinin SİYAHISI DƏYİŞDİ – Bu ölkələr zirvəyə qalxdı Dünya
  • “Qadın müğənniyə azadlıq versən cızığından çıxar” Mədəniyyət
  • Zelenskinin verdiyi cavab rüsvayçılıqdır – Orban Dünya
  • Tehran Vaşinqtondan kompensasiya tələb etdi – Şərtlər AÇIQLANDI Siyasət
  • Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər? Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by