Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Aktrisa direktoru məhkəməyə verdi: Töhməti ləğv etdirdi Kriminal
  • Zaur ilk dəfə verilişinin bağlanmasından danışdı Mədəniyyət
  • Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR Hadisə
  • Əflatun Amaşov qəzaya düşüb – Oğlundan açıqlama Hadisə
  • Xamanei ilə vida mərasimi təxirə salındı Dünya
  • Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı İdman
  • 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü Hadisə
  • Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir Təhsil

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Posted on 23 Fevral 2026 By admin Şərh yoxdur Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanı təbrik edib.
Təbrik məlumatında yazılıb:
“Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.
Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qardaş ölkənizin “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlarda istismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir.
Əminəm ki, Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Sizi və qardaş xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Siyasət

Yazı naviqasiyası

Previous Post: İran Aİ ölkələrinin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatı elan edib
Next Post: Gəncədə azyaşlı qızdırmadan öldü

Related Posts

  • Tehran Vaşinqtondan kompensasiya tələb etdi – Şərtlər AÇIQLANDI Siyasət
  • Tramp ilə aramda şəxsi ədavət yoxdur – Zelenski Siyasət
  • Tramp İranın təklifini qəbul etdi? – Danışıqlarla bağlı son vəziyyət Siyasət
  • Tramp: İran səbirsizliklə razılaşma gözləyir Siyasət
  • Tramp: “Bomba səsini eşitməyəndə əsəbləşirlər” Siyasət
  • Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Kreml: İrəvan qərar verməlidir, nə qədər tez olsa.. Dünya
  • İlham Əliyev və Şahbaz Şərif Ramazan bayramı münasibətilə bir-birini təbrik edib Siyasət
  • Mingəçevirdə Aprel şəhidləri anılıb: icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri ailələri ziyarət edib Cəmiyyət
  • Yaxın Şərqdəki münaqişə Ukraynanın müdafiə qabiliyyətinə təsir edir – Kaya Kallas Siyasət
  • Cómo funciona el programa de puntos VIP en los casinos online Blog
  • Dünyada milyonçuların sayı sürətlə artır Dünya
  • Britaniyada yanğın dəhşətləri davam edir – Fövqəladə vəziyyət elan edildi Dünya
  • Hava kəskin dəyişir – Leysan, şimşək, daşqın Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by