Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi – FOTO Cəmiyyət
  • Azərbaycan XİN: “Rusiya tərəfindən izahat gözləyirik” Siyasət
  • Braziliyanın İrandakı səfiri: Azərbaycan hökuməti bizə çox kömək etdi Siyasət
  • ABŞ sakini hantavirusdan öldü Dünya
  • Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub Dünya
  • “İmişli” “Kəpəz”ə, “Sumqayıt” “Qəbələ”yə qalib gəldi İdman
  • Netanyahunun mətbuat katibi istefa verir Dünya

Mingəçevirdə 50 minə yaxın sakin tullantı haqqını ödəmir – İcra başçısından sərt xəbərdarlıq

Posted on 18 Fevral 202618 Fevral 2026 By admin Şərh yoxdur Mingəçevirdə 50 minə yaxın sakin tullantı haqqını ödəmir – İcra başçısından sərt xəbərdarlıq

18 fevral tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti-ndə Şuranın növbəti iclası keçirilib. İclasa şura üzvləri, şəhər üzrə idarə və müəssisə rəhbərləri, eləcə də KİV nümayəndələri qatılıblar.

Şəhər icra başçısı İlham İsmayılov gündəlikdə iki əsas məsələnin olduğunu bildirib:

Mingəçevir şəhəri üzrə dövlət büdcəsinin 2026-cı il üçün təsdiq olunmuş gəlir və xərcləri haqqında hesabat

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə xidmət haqqının ödənişi vəziyyəti və yığılan vəsaitin xərclənməsi barədə YSTİ rəhbərinin hesabatı

50 minə yaxın istifadəçi müqavilədən yayınır

Müzakirələr zamanı icra başçısı xüsusilə tullantıların daşınması sahəsində mövcud problemlərə diqqət çəkib. Onun sözlərinə görə, Mingəçevirdə 50 mindən çox sakin məişət tullantılarının daşınmasına görə üzərinə düşən müqavilə öhdəliyini yerinə yetirmir.

Bu açıqlama fonunda Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin müdiri Tahir Abdullayev-ə irad bildirilib və sahədə mövcud nöqsanların aradan qaldırılmasının vacibliyi vurğulanıb.

İcra başçısı qeyd edib ki, məişət tullantıları üzrə xidmət haqları adam sayına uyğun müqavilə əsasında müəyyən edilir. Lakin şəhərdə on minlərlə istifadəçi ya müqavilə bağlamır, ya da ödənişdən yayınır.

“Ödənişlər toplansa, yeni texnikalar ala bilərik”

İlham İsmayılov bildirib ki, əgər bu vəsaitlər vaxtında və tam şəkildə yığılsa, şəhər təsərrüfatının gücləndirilməsi, tullantıların müasir qaydada daşınması üçün yeni və müasir yük maşınlarının alınması mümkün olar.

Onun sözlərinə görə, ödəniş intizamının təmin edilməsi həm xidmət keyfiyyətini artırar, həm də şəhərin kommunal infrastrukturunun yenilənməsinə imkan verər.

“Çalışaq müqavilədən yayınmaların qarşısını alaq. Müqavilə haqları ödənsə, Mingəçevirin müasir xidmət texnikası ilə təmin olunması davam edəcək”, – deyə icra başçısı vurğulayıb.

Sonda o, yerli mətbuat nümayəndələrini əhali arasında maarifləndirmə işinə dəstək verməyə çağırıb.

Şura iclasında gündəlikdə olan məsələlər ətraflı müzakirə edildikdən sonra hər bir istiqamət üzrə müvafiq qərarlar qəbul olunub. Qəbul edilən qərarların icrasına nəzarətin gücləndiriləcəyi bildirilib.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdən olan Birinci Qarabağ müharibəsi şəhidinin nəşi tapıldı
Next Post: Şəhid Şahin Heydər oğlu Kərimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Related Posts

  • Ötən gün itkin düşən 9 nəfər tapılıb Cəmiyyət
  • Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər Cəmiyyət
  • Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI Cəmiyyət
  • Ölkədə işsizlərin sayı açıqlandı  Cəmiyyət
  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət
  • “Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu qidalar böyrək daşı yaradır Maraqlı
  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək İqtisadiyyat
  • İran və Ukrayna eyni müharibənin iki cəbhəsidir – Sibiqa Siyasət
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil
  • Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA Ölkə
  • Bakı-Moskva münasibətlərində yeni etimad mərhələsi Siyasət
  • Bu saatlarda qətiyyən ATM-dən pul çıxartmayın! Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by