Sakit okeanda zəlzələ baş verdi
Sakit okeanda Vanuatu Respublikasına məxsus Espiritu-Santo adasının qərb sahillərində 6.5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Port-Olri şəhərindən 59 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. İtki və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.