Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ramanada tarixi quyular zibilliyə çevrilib? – Sakinlərdən şikayət Ölkə
  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub Kriminal
  • Maşınlarını 38 milyona SATIRLAR – FOTO Dünya
  • “Koroğlu” metrosu yaxınlığında prospektə çıxan at gündəm oldu – VİDEO Cəmiyyət
  • Ərdoğan: İranla bağlı münaqişə ciddi qlobal nəticələrə yol aça bilər Siyasət
  • “Makron devrilib!” deyə qışqırdı, jandarmalara atəş açdı – Fransada inanılmaz hadisə Dünya
  • Mingəçevirdə yük maşını minik avtomobili ilə toqquşub, sürücü ölüb Hadisə
  • Yaponiyada bir ilk: Birgə qəyyumluq hüququ Dünya

Mingəçevir Dövlət Universitetində akademik heyət üçün peşəkar təlimlər keçirilir

Posted on 2 Noyabr 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Universitetində akademik heyət üçün peşəkar təlimlər keçirilir

29–30 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetin akademik heyəti üçün keyfiyyət təminatı, innovativ tədris metodları və tələbəyönümlü təhsil yanaşmalarına həsr olunmuş iki modul üzrə təlimlər keçirilib.


Təlimlərin əsas məqsədi akademik heyətin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi, müasir pedaqoji yanaşmaların və innovativ təlim metodlarının tədris prosesinə inteqrasiyası, eləcə də tələbələrin fərdi öyrənmə ehtiyaclarını nəzərə alan inklüziv, əlçatan və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına dəstək göstərmək olub.


İki gün ərzində keçirilən təlimlərdə “Keyfiyyətyönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri” mövzusunda təlimçi qismində TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin baş mütəxəssisi Aygün Verdiyeva çıxış edib.
Təlim zamanı ali təhsildə keyfiyyət təminatının əsas prinsipləri, müasir tədris metodlarının tətbiqi, təlim nəticələrinin səmərəli şəkildə əldə olunması və akademik fəaliyyətin davamlı təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Aygün Verdiyeva tədrisin keyfiyyətinin yüksəldilməsində innovativ pedaqoji yanaşmaların, interaktiv metodların və nəticəyönümlü təlim strategiyalarının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, akademik heyətin peşəkar inkişafının və qabaqcıl təcrübələrin tədris prosesinə inteqrasiyasının universitetdə keyfiyyət mədəniyyətinin möhkəmləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.


“Tələbəyönümlü təhsil ənənəsinin formalaşdırılması: öyrətmə, öyrənmə və qiymətləndirmə” mövzusunda təşkil olunan təlim isə TKTA-nın böyük məsləhətçisi Günay Məmmədovanın iştirakı ilə keçirilib. Görüşdə tələbəyönümlü təhsilin əsas prinsipləri, fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması, tədris prosesində tələbə fəallığının artırılması və müasir qiymətləndirmə yanaşmaları müzakirə edilib.
Günay Məmmədova tələbələrin təhsil prosesinin fəal iştirakçısına çevrilməsinin, onların tənqidi və yaradıcı düşünmə, müstəqil öyrənmə, problem həll etmə və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. Həmçinin şəffaf və obyektiv qiymətləndirmə mexanizmlərinin tətbiqi, konstruktiv əks-əlaqənin təmin olunması və bərabər öyrənmə imkanlarının yaradılmasının keyfiyyətli ali təhsilin mühüm şərtlərindən olduğu vurğulanıb.
Hər iki modul interaktiv formatda təşkil olunub. İştirakçılar təqdim olunan mövzular ətrafında müzakirələr aparıb, praktiki nümunələri nəzərdən keçirib və qarşılıqlı təcrübə mübadiləsi vasitəsilə əldə etdikləri biliklərin tədris prosesində tətbiqi imkanlarını dəyərləndiriblər.


Təlimlər akademik heyətin davamlı peşəkar inkişafının dəstəklənməsi, təhsildə innovativ yanaşmaların təşviqi, inklüzivliyin və bərabər imkanların gücləndirilməsi, eləcə də institusional keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyıb. Bununla yanaşı, müasir tədris metodlarının tətbiqi, rəqəmsal və interaktiv öyrənmə imkanlarından səmərəli istifadə, təhsil resurslarına məsuliyyətli yanaşma və davamlı öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində yeni imkanların nəzərdən keçirilməsinə şərait yaradıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, akademik heyətin pedaqoji və peşəkar səriştələrinin gücləndirilməsi, tələbə məmnunluğunun artırılması və müasir standartlara uyğun, inklüziv və tələbəyönümlü ali təhsil mühitinin inkişaf etdirilməsi universitetin strateji prioritetləri sırasında mühüm yer tutur. Bu istiqamətdə müvafiq fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə məişət zorakılığına qarşı maarifləndirici görüş keçirilib

Related Posts

  • Rektor Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır” Təhsil
  • Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası Təhsil
  • Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: Bu qaydaların tətbiqi dini dəyərlərə qarşı yönəlməyib Təhsil
  • Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb Təhsil
  • Sabahdan lisey və gimnaziyalara qəbul başlayır Təhsil
  • Kolleclərə qəbul olanların siyahısı açıqlandı Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Avropada etiraz aksiyaları genişlənəcək – PROQNOZ Dünya
  • ABŞ Körfəz ölkələrinə 16 milyardlıq silah satdı Dünya
  • 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Dövlətçilik Tarixində Dönüş Nöqtəsi Siyasət
  • Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi – Ölən var Hadisə
  • Saçları ilə rəqibə iki qırmızı vərəqə aldırdı – VİDEO İdman
  • Azərbaycana gətirilən minik avtomobillərinin sayında kəskin azalma İqtisadiyyat
  • Gəncədə gənc dəm qazından boğularaq ölüb Hadisə
  • Türkiyədə DƏHŞƏTLİ QƏZA –  Yük maşını sərnişin avtobusu ilə toqquşdu Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by