Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Turizm Kollecinin direktoru jurnalistlər üçün Milli Mətbuat Günü münasibətilə səhər süfrəsi təşkil edib Ölkə
  • Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq – VİDEO Ölkə
  • Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər Cəmiyyət
  • 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Dövlətçilik Tarixində Dönüş Nöqtəsi Siyasət
  • No Deposit Casino Bonuses: Full UK Guide Blog
  • Mingəçevirdə 50 minə yaxın sakin tullantı haqqını ödəmir – İcra başçısından sərt xəbərdarlıq Cəmiyyət
  • Noyer rekorda imza atıb İdman
  • “Ağ qorillaya oxşayırlar” – Plastik əməliyyatlılardan DANIŞDI Mədəniyyət

Dövlət bu məqsədlə vətəndaşlardan torpaq sahəsi alacaq

Posted on 27 Oktyabr 2026 By admin Şərh yoxdur Dövlət bu məqsədlə vətəndaşlardan torpaq sahəsi alacaq

Milli Məclis dövlət ehtiyacları üçün torpaq alınması üzrə qanunvericiliyin təkmilləşdirilməsini ilk oxunuşda qəbul edib.

Bununla bağlı Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanun layihəsi nəqliyyat infrastrukturunun, o cümlədən metro və dəmir yolu şəbəkələrinin inkişafı, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrası məqsədilə hazırlanıb. Layihə metro və dəmir yolu infrastrukturu üzrə müəyyən edilən strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi cəhətdən təmin edir.

Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkə Prezidentinin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.

Qanun layihəsinin əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir. Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin (tunellər, o cümlədən metro tunelləri, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalar və depolar) tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq, birmənalı və qabaqcıl təcrübəyə uyğun tətbiqinə nail olmaqdır.

Təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına, habelə dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasına xidmət edir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb – FOTO
Next Post: Qadın boğularaq öldürüldü, qohumu saxlanıldı

Related Posts

  • Leysan, şimşək, dolu – SABAHIN HAVASI Ölkə
  • Azərbaycanda kredit kartlarına maraq azalır – Ekspert səbəbləri açıqladı Ölkə
  • Sabah da yağış yağacaq Ölkə
  • Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı Ölkə
  • Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb – FOTO Ölkə
  • Bakıda və Abşeronda güclü külək əsir, regionlarda duman var – FAKTİKİ HAVA Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İran casuslarının Avropadakı “paytaxtı” AÇIQLANDI Siyasət
  • 9 yaşlı uşaq paltarsız və ac halda tapıldı: Atası və sevgilisi həbs olundu – Fransada Dünya
  • “Zirə” Azərbaycan Kubokunun ilk yarımfinalçısı oldu  İdman
  • Saqqızın tərkibindəki bu maddə faydalı imiş.. Maraqlı
  • “Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək” – FOTO Dünya
  • “Sumqayıt” klubunun əsas kapitanı bəlli oldu İdman
  • Şənbə günü hava dumanlı olacaq Ölkə
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by