İstanbul Baş Prokurorluğunun koordinasiyası və Kiber Cinayətkarlıqla Mübarizə Şöbəsinin dəstəyi ilə ölkənin müxtəlif əyalətlərində aparılan əməliyat nəticəsində “TikTok”, “İnstagram” və “X” kimi sosial media platformalarının 10 tanınmış siması tutulub.
Bunlar Sinan Kaya, Cansum Kaya, Ferhat Billor, Çağlayan Yıldırım, Onur Sermik, Elif Akdemir, Onur Can Güzel, Mehmet Emin Citer, Mehmet Aden Arslan və Semih Varoldur.
Onlar sosial media platformalarında dava-dalaş salma, təhdid, təhqir, gərginlik və qurbanlarla bağlı paylaşımlar etməkdə, türk ailə quruluşuna zidd materiallar hazırlamaqda və bu yayımlar vasitəsilə rəqəmsal gəlir əldə etmək üçün birlikdə hərəkət etməkdə günahlandırılırlar.
Fenomenlərə ictimaiyyətə qarşı nifrət və düşmənçilik və ya alçaldıcı hərəkətlər etmək, ədəbsiz davranış ittimahları irəli sürülüb.
Ölkənin İstanbul, Ankara, Antalya, Bursa, Kocaeli, Muğla, Qaziantep, Şanlıurfa, Malatya və Elazığda şəhərlərində həyata keçirilən əməliyyatlar zamanı saxlanılan 10 şübhəlinin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə edib-etmədiklərini müəyyən etmək üçün testlər də aparılıb.