Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycandan Ermənistana qaz tədarükü ehtimalı ilə bağlı iki ölkə rəsmilərinin son açıqlamalarından xəbərdarıq. Ermənistan-Azərbaycan enerji əməkdaşlığının bərpasını alqışlayırıq ki, bu da regionda sülhün bərpası istiqamətində müsbət addım ola bilər”, – o bildirib.
TŞ katibinin müavini, həmçinin uzun fasilədən sonra Azərbaycandan Ermənistana dizel yanacağı və benzin göndərilməsini xatırladıb.
Azərbaycandan Ermənistana qaz tədarükü ehtimalından danışan Şevtsovun sözlərinə görə, bunun üçün iki ölkə arasında yeni qaz kəmərinin çəkilməlidir.
“Bu, yalnız uzunmüddətli müqavilələr və sabit tələbat şəraitində özünü doğruldar”, – Aleksey Şevtsov əlavə edib.