Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevirdə Şuşa fatehi Təbriz Cüməzadənin xatirəsinə həsr olunmuş genişmiqyaslı boks turniri keçirilib Cəmiyyət
  • Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz? Cəmiyyət
  • Tramp: İranla müharibə bizim üçün ekskursiyadır Siyasət
  • Sabah dörd şəhər və rayonda qaz olmayacaq Ölkə
  • “Fuad Poladovu görəndə əsirdim” – Nura  Mədəniyyət
  • Məsud Pezeşkian: Nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etməmişik Siyasət
  • “Ərinizin subay dostlarını evinizə buraxmayın” Mədəniyyət
  • Şanxayda robotlar real həyatda öyrədilir Dünya

20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı

Posted on 31 May 2026 By admin Şərh yoxdur 20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı

Avstraliya hakimiyyəti ölkənin bir neçə ştat və ərazisində sürətlə yayılan difteriya xəstəliyi ilə bağlı ciddi narahatlıq ifadə edib. Şimal Ərazisində son 10 ildə ilk dəfə difteriya ilə əlaqəli ölüm halı qeydə alınıb.

Son illərin ən böyük epidemiyalarından biri hesab olunan xəstəlik artıq Şimal Ərazisindən Qərbi Avstraliya, Kvinslend və Cənubi Avstraliyaya yayılıb.

Milli Yoluxucu Xəstəliklərə Nəzarət Sisteminin məlumatına görə, epidemiyanın başlanmasından bəri Şimal Ərazisində 133 nəfərdə difteriya aşkarlanıb. Qərbi Avstraliyada 79, Cənubi Avstraliyada 6, Kvinslenddə isə 5 yoluxma halı qeydə alınıb.

Avstraliyanın səhiyyə naziri Mark Butler vəziyyətin xüsusilə Şimal Ərazisində ciddi olduğunu bildirib. Onun sözlərinə görə, xəstəlik ucqar bölgələrdə və yerli aborigen əhali arasında yayılmaqda davam edir.

Federal səhiyyə qurumları Şimal Ərazisinin hökuməti və aborigen səhiyyə təşkilatları ilə birlikdə əhali arasında vaksinasiya və revaksinasiya kampaniyasını gücləndirib.

Nazir qeyd edib ki, Alice Springs şəhərindəki tibb xidmətləri epidemiyanın inkişafından ciddi şəkildə narahatdır və peyvəndlənmə səviyyəsini artırmaq üçün fəal iş aparır.

“Böyüklərin, ehtimal ki, hər beş ildən bir gücləndirici peyvənd vurdurmasına ehtiyac var”, – deyə Mark Batler bildirib.

Difteriya burun və boğazı zədələyən bakterial infeksiyadır. Xəstəlik nəfəsalma çətinliyi, qızdırma, limfa düyünlərinin şişməsi və boğazda qalın boz təbəqənin yaranması ilə müşayiət oluna bilər. Xəstəliyin dəri forması isə ağrılı yaralar və iltihab yaradır.

Mütəxəssislər bildirirlər ki, difteriya müalicə oluna bilsə də, vaxtında peyvənd və revaksinasiya olunmayan şəxslərdə ürək və sinir sistemi zədələnmələri, eləcə də ölüm riski artır.

Central Australian Aboriginal Congress təşkilatının baş həkimi John Boffa hər həftə 15-20 yeni yoluxma halının qeydə alındığını, lakin genişləndirilmiş test və vaksinasiya tədbirləri sayəsində yayılma tempinin tədricən azalmağa başladığını bildirib.

O vurğulayıb ki, revaksinasiya olunmayan hər kəs risk altındadır. “Hansı bölgədə yaşamağınızdan asılı olmayaraq risk mövcuddur və siz gücləndirici peyvənd etdirməlisiniz”, – deyə doktor Boffa qeyd edib.

Həkim həmçinin boğaz ağrısı və ya dəri zədələri olan şəxsləri dərhal tibbi yardıma müraciət etməyə və müayinədən keçməyə çağırıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Hindistanda Messinin nəhəng heykəli “təhlükəli” hesab edildi: köçürüləcək
Next Post: Netanyahu Livanda işğalın genişləndirilməsini əmr etdi

Related Posts

  • Netanyahu növbədənkənar seçkilərə gedə bilər – KİV Dünya
  • Rusiyada telefon dələduzluğuna qarşı radikal addımlar atılır Dünya
  • Ebru Gündeş 10 yaş cavanlaşmaq üçün 200 min dollar ödədi – VİDEO Dünya
  • Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq Dünya
  • Zelenski müşayiət altında bu ölkəyə gedir – 40-dan çox polis postu quruldu Dünya
  • İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sumqayıtda partlayış olub: xəsarət alanların vəziyyəti açıqlanıb Hadisə
  • Putinin məşhur avtomobili sultanın sarayında Dünya
  • Gürcüstanın keçmiş dövlət naziri həbs edildi Dünya
  • Mingəçevir Dövlət Universitetini seçmək – uğurlu gələcəyə atılan ən doğru addımdır Təhsil
  • Sabah Azərbaycanda külək güclənəcək – XƏBƏRDARLIQ Cəmiyyət
  • Qadın kafedə tanış olduğu kişini intim video ilə şantaj etdi, həbs cəzası aldı Kriminal
  • Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub – YENİLƏNİB Siyasət
  • “Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm” Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by