Avqustun 1-nə keçən gecə Ukrayna PUA-larının Rusiya gəmilərinə hücumundan sonra ” Fesco” şirkətinə (“Rosatom”-un tərkibinə daxildir-red) məxsus “Yanina” konteyner gəmisi batıb.
Rusiya mediası xəbəri verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev məlumat verib.
Lixaçev bildirib ki, gəmi avqustun 1-i gecəsi Qara dənizdə Novorossiyskdən 130 mil aralıda hərbi-dəniz dronunun hücumu nəticəsində batıb. Gəminin 17 heyət üzvünün hamısı xilas edilib.
“Bu, beynəlxalq sularda üzən və dondurulmuş qidalardan tutmuş tikinti və bitirmə materiallarına qədər mülki mallar daşıyan tamamilə adi, dinc bir konteyner gəmisi idi. Belə bir hücum dənizdə piratçılıq və soyğunçuluqdan başqa bir şey kimi şərh edilə bilməz”, – deyə o bildirib.