Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi İran rəhbərliyini aylarla izləyibmiş – Sensasion iddia Siyasət
  • Xaçmazda 392 şagird soyuq sinif otaqlarında – Təhsil Nazirliyi hara baxır? Cəmiyyət
  • Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar Dünya
  • Ərdoğan: İranla bağlı münaqişə ciddi qlobal nəticələrə yol aça bilər Siyasət
  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət
  • Məşhur aktyordan maraqlı addım – FOTO Mədəniyyət
  • Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir Ölkə
  • Azərbaycanda kredit kartlarına maraq azalır – Ekspert səbəbləri açıqladı Ölkə

Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyədə doktorantura təhsili almaq istəyən əməkdaşlarla görüşüb

Posted on 30 İyun 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyədə doktorantura təhsili almaq istəyən əməkdaşlarla görüşüb
2026-cı ilin 29 iyun tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov doktorantura təhsil səviyyəsi üzrə təhsillərini Türkiyə Respublikasının ali təhsil müəssisələrində davam etdirməyə namizədlik verən universitet əməkdaşları ilə görüşüb.

Görüşün əsas məqsədi MDU əməkdaşlarının akademik inkişaf imkanlarının genişləndirilməsi, elmi potensialın artırılması, beynəlxalq təhsil və tədqiqat mühitinə inteqrasiyanın dəstəklənməsi, həmçinin universitetin kadr hazırlığı və insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi strateji hədəflərin müzakirəsi olub.

Rektor Anar Eminov görüş zamanı bildirib ki, Mingəçevir Dövlət Universitetinin inkişaf prioritetlərindən biri yüksək ixtisaslı akademik kadrların hazırlanması, əməkdaşların elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması və beynəlxalq akademik təcrübəyə çıxış imkanlarının artırılmasıdır.

Qeyd olunub ki, Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili almaq istəyən əməkdaşların təşəbbüsü universitet üçün mühüm əhəmiyyət daşıyır və bu proses MDU-nun beynəlmiləlləşmə, elmi fəaliyyətin gücləndirilməsi və akademik keyfiyyətin yüksəldilməsi siyasətinə uyğun gəlir.

Görüşdə doktorantura təhsilinə müraciət prosedurları, ixtisas istiqamətlərinin düzgün seçilməsi, elmi rəhbər və tədqiqat mövzularının müəyyənləşdirilməsi, xarici universitetlərlə akademik əlaqələrin qurulması, eləcə də qəbul prosesində tələb olunan sənədlər və hazırlıq mərhələləri barədə fikir mübadiləsi aparılıb.

Anar Eminov əməkdaşların elmi inkişafının universitetin gələcək inkişafına birbaşa töhfə verəcəyini vurğulayaraq, doktorantura təhsili almaq istəyən hər bir əməkdaşa məqsədyönlü fəaliyyət göstərməyi, beynəlxalq akademik mühitin tələblərinə uyğun hazırlaşmağı və əldə edəcəkləri bilik və təcrübəni gələcəkdə MDU-nun elmi-pedaqoji fəaliyyətinə yönəltməyi tövsiyə edib.

Səmimi və işgüzar mühitdə keçən görüşdə iştirakçıların sualları cavablandırılıb, onların təhsil və tədqiqat planları dinlənilib, mövcud imkanlar və qarşıdakı mərhələlər müzakirə olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində akademik heyətin peşəkar inkişafının dəstəklənməsi, beynəlxalq təhsil imkanlarından faydalanması və elmi-tədqiqat potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”
Next Post: Fakültə birincisi Nuray Mustafazadə: “MDU mənim üçün sadəcə universitet deyil, böyük bir ailədir”

Related Posts

  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • MDU-da “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytı təqdim olunub Təhsil
  • Məktəbdə insident: Müəllim valideyni döydü Təhsil
  • MDU əməkdaşlarının sağlamlığı diqqət mərkəzində Təhsil
  • 300 bal toplasa da – Adı siyahıda yoxdur Təhsil
  • Buraxılış imtahanının nəticələri elan olundu Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək Cəmiyyət
  • ABŞ-də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı: 12 nəfər öldü Hadisə
  • Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırdı Dünya
  • Moldova da Şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının 15 illiyi qeyd edilir Siyasət
  • Masazırda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb Hadisə
  • Ukrayna PUA-larla Moskvaya hücum edib Siyasət
  • Lüks bazarında sürpriz: “Richemont” analitiklərin gözləntilərini ikiqat üstələdi İqtisadiyyat
  • BƏƏ: İran təhdidləri qarşısında müdafiəyə hazırıq Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by