Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət
  • “Ağ qorillaya oxşayırlar” – Plastik əməliyyatlılardan DANIŞDI Mədəniyyət
  • Nazir: Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir İqtisadiyyat
  • İdman
  • Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK – RƏSMİ İqtisadiyyat
  • Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? – AÇIQLANDI Cəmiyyət
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • Qara dəniz üzərində qeyri-adi bir bulud peyda oldu – FOTO Maraqlı

Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən 3 gənc həbs edildi

Posted on 12 May 2026 By admin Şərh yoxdur Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən 3 gənc həbs edildi

Şəmkirdə üç gənc həbs olunub.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, üç həmkəndli – 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov (adlar və soyadlar şərtidir) – avtomobildə olarkən “TikTok” platformasında canlı yayım açıb.

Bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparılıblar.

Burada onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Gənclər bildiriblər ki, canlı yayımı onlardan biri açıb və digərlərinin bundan xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayımı açan şəxsin sözlərinə görə, mikrofonu bağladığını düşünsə də, sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Meqan Markl ikonik film roluna qayıda bilər
Next Post: Sabirabadda kişi sirkə turşusundan öldü

Related Posts

  • Mingəçevir şəhəri 12 saylı uşaq bağçasında.. Cəmiyyət
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • Bu həftə hönkür-hönkür ağlayacaq BÜRCLƏR Cəmiyyət
  • Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş Cəmiyyət
  • Baş nazir qazla bağlı yeni qərar imzaladı Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə komandasının iclası keçirilib Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Gənc futbolçu oyun zamanı huşunu itirərək dünyasını dəyişdi İdman
  • Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək – SİYAHI Təhsil
  • KİV: “Tottenhem” rəhbərliyi İqor Tudora ultimatum verdi İdman
  • İtkin düşən 5 nəfər ötən gün tapılıb Cəmiyyət
  • UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir İdman
  • Sabah da yağış yağacaq Ölkə
  • Media: ABŞ Hörmüzün blokadasına 15-dən çox hərbi gəmi cəlb edib Siyasət
  • DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by