Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İnsidentdən sonra “Okuklu Holding”in tikinti cəhdi dayandırılıb – TƏFƏRRÜAT Hadisə
  • SEPAH generalı Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələdi Siyasət
  • Mingəçevirdə Aprel şəhidləri anılıb: icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri ailələri ziyarət edib Cəmiyyət
  • “Onlarla mən günlər, hadisələr yaşamışam” Mədəniyyət
  • Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib Siyasət
  • Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi Dünya
  • Bu, əsl qan tökülməsidir! – Ximenez İdman
  • İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb Dünya

“Əgər belə davam etsə, biz də İtaliyanın vəziyyətini düşəcəyik”

Posted on 24 Aprel 2026 By admin Şərh yoxdur “Əgər belə davam etsə, biz də İtaliyanın vəziyyətini düşəcəyik”

İtaliyanın Viçentsa əyalətinin şimalındakı on bələdiyyə köhnəlmiş daşınmaz əmlakı simvolik olaraq 1 avroya satışa çıxarıb. Məqsəd dağlıq rayonlara həyatı qaytarmaq və əhalinin köçünün qarşısını almaqdır.
İstifadəsiz hesab edilən 385 obyektdən 24 bina faktiki olaraq satışa çıxarılıb. Birliyin prezidenti və Monte di Malonun meri Moze Skvartson layihəni “pula deyil, həyata qoyulan investisiya” adlandırıb.

Bu cür təşəbbüslər bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da regionlarda əhalinin şəhərə üz tutması problemini yenidən gündəmə gətirir. Son illər kəndlərdən şəhərlərə miqrasiyanın artması fonunda, oxşar yanaşmaların ölkəmizdə tətbiq imkanları da müzakirə olunur.

Mövzu ilə bağlı danışan iqtisadçı Vüqar Oruc bildirib ki, Avropada bizdən fərqli olaraq şəhərləşmə prosesi çox sürətlə gedir. Buna baxmayaraq V.Oruc ölkəmizdə də şəhərə axının gücləndiyini deyib:

“Söhbət əgər ilk növbədə İtaliyadakı aksiyadan gedirsə, bunu anlayışla qarşılanmaq lazımdır. Çünki urbanizasiya Avropa ölkələrində çox sürətlə gedir və kənd əhalisinin azalması, şəhər əhalisinin məskunlaşma faizinin yüksəlməsi sözün əsl mənasında elə bir proqnoz verməyə imkan yaradır ki, bir müddətdən sonra Avropada yəqin ki, kənd qalmayacaq. Belə bir problem təbii ki, 21-ci əsrin ən aktual problemidir və bu, şəhərlərin böyüməsi, regionların isə getdikcə kiçilməsi məsələsidir.

Təkcə İtaliyada deyil, çox dövlətlərdə bu cür təşviq proqramları var. Əsas məqsəd, kənddə bitmiş, sıradan çıxmış həyatı bərpa etmək və kəndə diqqət yönəltməkdir ki, investorlar kəndə yönəlsinlər, orada fermer təsərrüfatları, istehsal sexləri açsınlar və s. Bu da kənd həyatının bərpasına və yaşayışın təmin olunmasına yönəlib.

Düzdür, bizdə durum Avropadakı kimi deyil, amma urbanizasiya və şəhərdə daha çox iş yerinin olması, kəndlərdən şəhəri axını gücləndirib. Daşınmaz əmlakın qiymətinin artması, ölkədə sıxlığın yaranması, xüsusilə Bakı şəhərində tıxacların, insan sıxlığının mövcudluğu həmin problemlərin təzahürüdür. Bunun aradan qaldırmaq üçün təşviq proqramları vacibdir, bizdə də ola bilər”.

İqtisadçı hesab edir ki, əhalinin kəndlərdə olmasının qarşısını almaq üçün kəndlilərə imkanlar yaratmaq lazımdır:

“Düşünürəm ki, təşviq proqramlarından əvvəl kənd əhalisi üçün imkanlar yaratmaq lazımdır. Bildiyimiz kimi, 96-cı maddə bələdiyyə torpaqları ilə bağlı dəyişərək, torpaqların qiymətləndirilməsinin məhz qiymətləndirici şirkətlərə həvalə olunması və aktiv şəkildə kənd əhalisinə torpaqların satılması istiqamətində bələdiyyələrə şəraitin yaradılması baş verdi.

Bu dəyişiklik çox böyük aktivlik yaradıb. Yəni, kənd əhalisinə torpaqların verilməsi onların kənddə müəyyən yaşayış evlərinin tikintisinə başlaması, öz təsərrüfatlarını qurması üçün şərait yaradılması deməkdir. Bələdiyyələr də bu istiqamətdə addımlara atmağa başladı, amma müəyyən icra qurumları tərəfindən ciddi şəkildə problemlər yaradıldı. İndi bu proses səngiyib.

Bu qanun ona görə dəyişilmişdi ki, əvvəllər bələdiyyələrinin torpaqları əhaliyə bu və ya digər formada təklif olunurdu, onların hərracda əlçatanlığı təmin edilmirdi və s. Bu cür problemlər aradan qalxsın deyə prosesin sadələşdirilməsi, qanunləşdirilməsi istiqamətdə addımlar atıldı.

İndi yenə də əhali torpaqla təmin olunur. Mənə elə gəlir ki, Azərbaycan kənd əhalisi Avropa kənd əhalisindən daha aktivdir. Təklif proqramları hazırlamaqdansa, onlara müəyyən şərait yaradılmalıdır və torpaq verilməlidir ki, fəaliyyət göstərsinlər. İstər bu əkin torpaqları olsun, istər həyətyanı sahə və öz təsərrüfatlarının yaradılması üçün fərdi yaşayış evlərinin torpaqları olsun. Yəni bu torpaqları satmaq əhaliyə və eyni zamanda satışın qarşısındakı süni maeələri aradan qaldırmaq lazımdır.

İkinci isə sənədləşmə problemlərini həll etmək lazımdır. Bildiyiniz ki, 500 mindən çox qanunsuz tikili sənədləşmə üçün amnistiya gözləyir. Eyni zamanda da hektarlarla sahibsiz torpaq var və süni əngəllərlə həmin torpaqların satılmasının qarşısı alınır.

Prezidenti Cənab İlham Əliyevin yaratdığı şərait, qanunlara dəyişiklik, qiymətlənmə fəaliyyəti haqqında qanun, bələdiyyə torpaqları haqqında məcəlləyə dəyişiklik, yeni situasiyanın yaranması bunlar hamısı təbii ki, institusional islahatların tərkib hissəsidir. Elə bu islahatları təkcə hakimiyyət orqanları yox, eyni zamanda xalq və məmurlar da dəstəkləməlidir ki, öz nəticəsini versin. Təəssüf ki, torpaq satışı ilə bağlı problemlər var və əgər belə davam etsə, vaxt gələcək ki, elə biz İtaliyanın vəziyyətini düşəcəyik ki, bir avroya torpaq sahələrini təşkil edək və xalqı yenidən şəhərlərdən kəndə qaytaraq”.

Dünya

Yazı naviqasiyası

Previous Post: “Müğənni həmişə ən bahalı insan olub”
Next Post: Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Related Posts

  • Xamanei ilə vida mərasimi təxirə salındı Dünya
  • Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi Dünya
  • Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib Dünya
  • Serbiyada yüzlərlə tələbə polislə toqquşub Dünya
  • ABŞ-İran savaşının səssiz qalibi – Pekin Dünya
  • Bu ölkədə qızılca yayıldı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevirdə uzun illər məktəb direktoru olmuş Yaqub Babayev vəfat edib Cəmiyyət
  • İslam Bazarqanov Avropa çempionatının finalına yüksəlib İdman
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • SEPAH İsraili ABŞ ilə danışıqları pozmağa cəhddə ittiham edir Siyasət
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? – Psixoloq cavabları açıqladı Cəmiyyət
  • Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər Cəmiyyət
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by