Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar Dünya
  • Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib Cəmiyyət
  • İranın yeni Ali Lideri sağdır və sağlamdır – Pezeşkian Dünya
  • Oruclu halda yemək bişirən qadına qızıl hədiyyə edilməlidir? – İlahiyyatçıdan AÇIQLAMA Cəmiyyət
  • Ceyhun Bayramov Stiven Dauti ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib Ölkə
  • İranlı deputat: Müharibə illərlə davam etsə raketimiz tükənməyəcək Siyasət
  • 13 yaşlı yeniyetmənin cəsarəti sayəsində tapılan “itkin dəniz” Maraqlı
  • Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub Dünya

İslam Bazarqanov Avropa çempionatının finalına yüksəlib

Posted on 24 Aprel 2026 By admin Şərh yoxdur İslam Bazarqanov Avropa çempionatının finalına yüksəlib

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.

İslam Bazarqanov (57 kq) Aryan Tiutrinə (UWW) 9:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz gürcüstanlı Roberti Dinqaşviliyə tam üstünlüklə (11:1) məğlub edib və Avropa çempionatının finalına yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən Rəşid Babazadə 1/8 finalda Almaniya təmsilçisi Niko Megerleyi 3:1 hesabı ilə məğlub edib. Bununla da idmançımız 1/4 final mərhələsinə yüksəlib. O, burada Bəşir Maqomedova 2:7 hesabı ilə məğlub olub.

97 kq çəki dərəcəsində yarışan Osman Nurmaqomedov isə təsnifat mərhələsində Gürcüstanın olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Givi Matçaraşviliyə 2:3 hesabı ilə uduzub.

Cəbrayıl Hacıyev (79 kq) Axsarbek Qulayevə 7:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.

70 kq çəki dərəcəsində qüvvəsini sınayan Kənan Heybətov 1/4 finalda ukraynalı Oleksey Borutaya 2:7 hesablı ilə məğlub olub.

Eyni zamanda, gün ərzində Azərbaycanın üç qadın güləşçisi də bürünc medal uğrunda mübarizə aparacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova üçüncü yer uğrunda qarşılaşmalara çıxacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Azərbaycan yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadın güləşçilərdən isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

İdman

Yazı naviqasiyası

Previous Post: Yankoviç oyundan sonra hakimə hücum çəkdi – Həmin an
Next Post: Ətrafınızdakı 5 insan sizin maddi vəziyyətinizi müəyyən edir

Related Posts

  • Avropa Liqasında 1/4 finala yüksələn KOMANDALAR İdman
  • Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq  İdman
  • Mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq İdman
  • “FIFA Series – 20″26 turnirində DƏYİŞİKLİK EDİLDİ İdman
  • “Qarabağ” – “Sabah” matçında 6 qolluq heç-heçə qeydə alınıb İdman
  • “Formula-1” üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? – AÇIQLAMA İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • 60 mindən çox köçkünün müavinəti kəsilib Ölkə
  • Səfəvilərin İranda tikdirdiyi “Gülüstan” sarayı vuruldu Siyasət
  • Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək Ölkə
  • Dünya
  • Alisson Bekker onların hədəfindədir İdman
  • ABŞ ordusu Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə edib Dünya
  • Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir Ölkə
  • Roma Papası çağırış etdi Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by