Cənubi Afrika Respublikasında safari parkı sahibi Klaseri Qeri Friman faciəvi şəkildə həlak olub. 65 yaşlı kişi atəş açmaqdan imtina etdiyi fil tərəfindən tapdanıb.
“Daily Mail” xəbər verir ki, hadisə Friman bir qrup turisti müşayiət edərkən baş verib. Qəzəblənmiş heyvan qəfildən insanların üzərinə hücum çəkib. Kişinin silahı olsa da, o, fili sadəcə qorxutmaq üçün silahı yelləmiş və tətiyi çəkməmişdi. Altı tonluq nəhəng dayanmayıb və park sahibinə ölümcül xəsarətlər yetirib.
Turistlər köməyə qaçsalar da, onu xilas etmək mümkün olmayıb. Dostlarının sözlərinə görə, Friman dəfələrlə deyib ki, hətta həyatına təhlükə yaransa belə, heç vaxt filə atəş açmayacaq.
Friman 1969-cu ildə əsası qoyulduğu gündən bəri qoruğun həmsahibi idi. “Əfsanə” sözü çox vaxt səbəbsiz yerə istifadə olunur, lakin o, həqiqətən də əfsanə idi”, – deyə yaxın dostlarından biri qeyd edib.
Heyvana qarşı heç bir tədbir görülməyib. Ekspertlər aqressiyanın səbəblərini anlamaq və turistlər üçün mümkün riskləri qiymətləndirmək üçün onun davranışını araşdırırlar.