Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Şəxsi təyyarə qəzaya uğradı, iki milyonçu öldü Dünya
  • III Dünya müharibəsi başlasa, ilk 7 gün nələr ola bilər? Siyasət
  • ABŞ-nin Yaxın Şərq üçün növbəti planı nədir? – Amerika nəşri Siyasət
  • Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama Siyasət
  • Azərbaycan səması Avropa ilə Asiyanı fəal şəkildə birləşdirir – VİDEO Ölkə
  • “Veliaht” izləyicilərinə pis xəbər Mədəniyyət
  • Naxçıvanda avtomobil su kanalına aşıb – xəsarət alanlar var Hadisə
  • Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir Siyasət

100 milyonluq Arda Gülərlə bağlı maraqlı FAKT

Posted on 20 Aprel 2026 By admin Şərh yoxdur 100 milyonluq Arda Gülərlə bağlı maraqlı FAKT

“Real Madrid”in “Bavariya” ilə keçirdiyi oyunda Arda Gülərin nümayiş etdirdiyi performans İspaniya mediasında hələ də geniş müzakirə olunur. Madrid təmsilçisi bu qarşılaşmada 4:3 hesabıyla məğlub olaraq turnirlə vidalaşsa da, Gülər fərdi oyunu ilə diqqət mərkəzinə çevrilməyi bacardı.

İspaniyanın nüfuzlu nəşrlərindən olan “Marca” yazır ki, gənc futbolçu bu matçdan sonra həm oyun baxımından daha da yetkinləşib, həm də komandanın vazkeçilməz oyunçularından birinə çevrilib.

Məqalədə qeyd olunur ki, oyunun 88-ci dəqiqəsində Eduardo Kamavinqanın qırmızı vərəqə alması ilə “Real Madrid”in növbəti mərhələyə keçid şansları xeyli azaldı:

“Komandanın ulduzları – Kilian Mbappe qol vurmasına baxmayaraq, Vinisius Junior və Cud Bellinqem kimi oyunçular gözlənilən səviyyədən uzaq qaldılar. Gözləntiləri aşan yeganə futbolçu isə iki möhtəşəm qolla komandasını iki dəfə önə keçirən Arda Gülər oldu.

Manuel Noyerin uğursuz ötürməsindən istifadə edən Arda təxminən 40 metrdən vurduğu möhtəşəm zərbə ilə topu qapının sol yuxarı küncünə göndərdi. Ardınca isə sol ayağıyla yerinə yetirdiyi cərimə zərbəsi ilə topu səddin üzərindən aşıraraq yenidən qapını dəqiq nişan aldı və rəqib qapıçını aciz qoydu.

Onun vurduğu iki qol ilk oyunda alınan 2:1 hesablı məğlubiyyətə baxmayaraq, “Real Madrid”in yarımfinala yüksəlmək ümidlərini saxladı. Lakin Aleksandar Pavloviç və Harri Keynin qolları “Bavariya”ya cavab verməyə imkan yaratdı. Mbappenin vurduğu qol ilk hissədəki yüksək tempin zirvəsi oldu. İkinci hissədə isə oyun daha ehtiyatlı keçdi və komandalar bir-birini yoxlamağa başladı. Hakim Slavko Vinçiçin qərarı ilə “Real Madrid”in 10 nəfərlə qalması oyunun gedişatına ciddi təsir etdi.

Mövsümün bu mərhələsində Arda Gülər 6 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Bu statistika onun start heyətdə hər zaman yer almamasına baxmayaraq, komanda üçün nə qədər önəmli olduğunu sübut edir.

Ankara doğumlu 21 yaşlı Arda ötən mövsümlə müqayisədə 1000 dəqiqə daha çox – ümumilikdə 3181 dəqiqə meydanda olub. Bu isə onun komandadakı rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir.

Təxminən 100 milyon avro bazar dəyərinə malik olan Arda Gülər “Real Madrid”in gənc istedadlara etdiyi investisiyanın uğurlu nümunələrindən biridir”.

İdman

Yazı naviqasiyası

Previous Post: Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Next Post: “Formula -1” komandalarının dəyəri: təxmini məbləğ AÇIQLANDI

Related Posts

  • “Beşiktaş” Medinanı transfer etmək istəyir İdman
  • Əliyar Ağayevin səhv qərar verdiyi TƏSDİQLƏNDİ: 2-si də penaltidir İdman
  • Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb İdman
  • “Qarabağ” – “Sabah” matçında 6 qolluq heç-heçə qeydə alınıb İdman
  • Edersona hücum edən şəxs saxlanıldı – “Fənərbaxça” bəyanat yaydı İdman
  • Hidayət Tbilisi Böyük Dəbilqəsini bürünc medalla başa vurdu İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Fuad Poladovu görəndə əsirdim” – Nura  Mədəniyyət
  • Azərbaycan nefti cüzi ucuzlaşıb İqtisadiyyat
  • Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq Ölkə
  • Pensiya artımları kimlərə şamil olunacaq? Cəmiyyət
  • Meşədən 43 yaşlı kişinin meyiti tapıldı Hadisə
  • Xameneinin həyat yoldaşı da ÖLDÜ Dünya
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • “Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by