Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib Siyasət
  • Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR Dünya
  • Azərbaycanda dövlət qulluğu islahatları: vahid əməkhaqqı modelinin əhəmiyyəti Ölkə
  • Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib Ölkə
  • Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq Ölkə
  • Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazanıb – YENİLƏNİB İdman
  • MDU-da “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytı təqdim olunub Təhsil
  • Sürücüsündən alıb idarə etdi – Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı Hadisə

Səhiyyədə yeni mərhələ: vətəndaş məmnunluğu 

Posted on 18 Aprel 2026 By admin Şərh yoxdur Səhiyyədə yeni mərhələ: vətəndaş məmnunluğu 

“Azərbaycanda səhiyyə sistemində yeni islahat mərhələsinin başlanması dövlətin sosial siyasətində keyfiyyətcə yeni yanaşmanın formalaşdığını göstərir. Bu mərhələnin əsas hədəfi vətəndaşların tibbi xidmətlərdən məmnunluğunu artırmaq, xidmətlərin əlçatanlığını genişləndirmək və səhiyyə idarəçiliyində çevikliyi təmin etməkdir. Anar Bayramovun yeni rəhbər təyin edilməsi ilə sistemdə struktur dəyişiklikləri daha məqsədyönlü və nəticəyönümlü xarakter almağa başlayır”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, islahatların mühüm istiqamətlərindən biri səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanın qurulmasıdır. “Bu yanaşma həm tibbi xidmətlərin planlaşdırılmasını optimallaşdıracaq, həm də sosial həssas qrupların ehtiyaclarının daha dəqiq qarşılanmasına imkan verəcək. Beləliklə, dövlət resurslarının istifadəsində paralelliyin aradan qaldırılması və sinerjinin gücləndirilməsi təmin olunacaq”, – o vurğulayıb.

Deputat əlavə edib ki, tibbi sığorta fondunun vəsaitlərinin idarə edilməsi və istifadəsinin səmərəliliyinin artırılması da islahatların əsas prioritetlərindən biridir: “Şəffaflıq və effektiv maliyyə idarəçiliyi nəticəsində həm xidmət keyfiyyəti yüksələcək, həm də vəsaitlərin daha məqsədyönlü istiqamətləndirilməsi mümkün olacaq. Bu isə uzunmüddətli perspektivdə səhiyyə sisteminin dayanıqlığını gücləndirəcək.

Yeni mərhələdə tibbi xidmətlərin əlçatanlığı, operativliyi və keyfiyyəti xüsusi diqqət mərkəzindədir. Regionlarda tibbi infrastrukturun inkişafı, rəqəmsal səhiyyə həllərinin genişləndirilməsi və insan resurslarının gücləndirilməsi bu istiqamətdə atılan addımların əsasını təşkil edir. Məqsəd hər bir vətəndaşın yaşadığı yerdən asılı olmayaraq keyfiyyətli tibbi xidmətə çıxışını təmin etməkdir.

Bu prosesdə TƏBİB-in rolu daha da artırılır. Qurumun institusional gücləndirilməsi səhiyyə sistemində vahid idarəetmə modelinin formalaşmasına xidmət edir. TƏBİB-in səlahiyyətlərinin genişləndirilməsi, onun daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsinə imkan yaradır. Bu isə vətəndaşyönümlü idarəetmə modelinə keçidin əsas elementlərindən biri kimi çıxış edir.
Eyni zamanda, TƏBİB-in müasir, dayanıqlı və səmərəli təşkilat kimi inkişafı üçün yeni imkanlar yaradılır. Qurumun səhiyyə sisteminin çağırışlarına operativ uyğunlaşma qabiliyyəti artırılır ki, bu da fövqəladə vəziyyətlərdə və gündəlik xidmətlərdə daha çevik qərarların qəbuluna şərait yaradır.

Nəticə etibarilə, həyata keçirilən bu islahatlar əhaliyə daha yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsini təmin etməyə yönəlib. Yeni mərhələ yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eyni zamanda səhiyyədə keyfiyyət, əlçatanlıq və insan amilini ön plana çəkən yeni idarəetmə fəlsəfəsinin formalaşmasını təmin edir. Bu isə Azərbaycanın səhiyyə sisteminin daha dayanıqlı və effektiv modelə çevrilməsinin əsasını qoyur”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: İran Hörmüz boğazını açıb
Next Post: Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub

Related Posts

  • Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək Ölkə
  • Dubay əmiri Azərbaycan Prezidentini təbrik edib Ölkə
  • Hacıbala Abutalıbov Bakıya QAYITDI Ölkə
  • Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək – FƏRMAN Ölkə
  • Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK Ölkə
  • Prezident Aleksey Overçuku qəbul qəbul etdi – FOTOLAR Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Məşhur erməni idmançını fitə basdılar İdman
  • Ana uşaqlarını dilənçilik üçün 1000 dollara satdı Dünya
  • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib Cəmiyyət
  • İranda 500 saatdan çoxdur internet tam kəsilib Dünya
  • Bakıda azyaşlı bağlı qapı arxasında qaldı Hadisə
  • Netanyahunun mətbuat katibi istefa verir Dünya
  • Anadangəlmə yüksək intellektə malik 4 bürc Maraqlı
  • “Amerika seçkiləri saxtalaşdırılıb” – Tramp Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by