Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Hövsanın su təchizatında fasilə yaranıb – SƏBƏB NƏDİR? Ölkə
  • Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı Dünya
  • Məktəblərdə neçə gün dərs olmayacaq? Təhsil
  • Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər? Cəmiyyət
  • Qolu azarkeşlərin yanında əyləşərək qeyd etdi – VİDEO İdman
  • Lionel Messi rəsmən milyarder oldu İdman
  • Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər İdman
  • Ana uşaqlarını dilənçilik üçün 1000 dollara satdı Dünya

Sürücüsündən alıb idarə etdi – Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı

Posted on 6 Mart 2026 By admin Şərh yoxdur Sürücüsündən alıb idarə etdi – Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı

Bakıda “Mercedes-Benz CLA250” markalı avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçan şəxs cəzalandırılıb.
 21 avqust 1976-cı ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş Xanlar Arif oğlu Məmmədovun Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Xanlar Məmmədov hüququ və etibarnaməsi olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz CLA250” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədib. Hadisə zamanı yolu piyada keçən O.R. vurulub. Nəticədə zərərçəkmiş sağ ayağının V daraq sümüyünün əsasının qapalı yerdəyişən sınığı xəsarəti alıb.
Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmişi avtomobilə mindirərək tibb müəssisəsinə aparmayıb. O, piyadanı “Neftçilər” metrostansiyasının yaxınlığında düşürərək hadisə yerindən uzaqlaşıb. Bu zaman şəxsiyyəti barədə zərərçəkmişə dəqiq məlumat verməyib.
Xanlar Məmmədov məhkəmədə bildirib ki, uzun illər Rusiyada yaşayıb və sürücülük vəsiqəsini də həmin ölkədə alıb. Onun sözlərinə görə, avtomobili adətən sürücüsü Rəfail Həsənov idarə edir. Lakin hadisə baş verən gün sürücü özünü pis hiss etdiyindən avtomobili özü idarə edib.
Təqsirləndirilən şəxs həmçinin şəkər xəstəsi olduğunu və hadisə zamanı özünü pis hiss etdiyini deyib. Buna görə də zərərçəkmişi evinə apara bilməyəcəyini bildirərək ona 5 manat verib və taksi ilə getməsini təklif edib.
Məlumata görə, Xanlar Məmmədov zərərçəkmişə yanlış telefon nömrəsi də verərək hər hansı problem yaranarsa zəng etməsini bildirib.
Məhkəmədə zərərçəkmiş deyib ki, səhv nömrənin verildiyini düşündüyü üçün əsəbiləşib və Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Daha sonra özü xəstəxanaya müraciət edərək müalicə alıb.
Məhkəmənin hökmü ilə Xanlar Məmmədov 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Xanlar Məmmədov uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub.
Hadisə

Yazı naviqasiyası

Previous Post: Bayram öncəsi ən çox verilən sual: Əfv olacaqmı?
Next Post: Temperatur enəcək, yağış və qar yağacaq

Related Posts

  • Bakıda müdir maaşını istəyən işçisini döydü Hadisə
  • Bakıda 29 yaşlı oğlan HOTELDƏ ÖLDÜ Hadisə
  • Başına ot bağlaması düşən kişi öldü Hadisə
  • Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb Hadisə
  • Kanaldan meyit tapıldı Hadisə
  • İsveçrədə 80 sərnişini daşıyan qatar relsdən çıxıb Hadisə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Fast Withdrawal Casinos UK: A Practical Guide to Getting Your Winnings Quickly Blog
  • Tərtərdə dəhşətli qəza: Maşın iki qadını vurub öldürdü Hadisə
  • Baş nazir qazla bağlı yeni qərar imzaladı Cəmiyyət
  • Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! – FOTO Cəmiyyət
  • Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal festivalında – VİDEO Ölkə
  • Türkiyəyə qarşı böyük oyun: Ankaranı təxribata kim sürükləyir? Siyasət
  • Zərərçəkmiş şəxsin hüquqi varisi Bakıda ana və azyaşlı övladının ölümünə səbəb olan sürücünü bağışladı Hadisə
  • “Məni istəməyəni bağışlaya bilmirəm” Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by