Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İran Aİ ölkələrinin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatı elan edib Dünya
  • Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq Cəmiyyət
  • Bakıda bu məktəbdə tədris DAYANDIRILDI – SƏBƏB Təhsil
  • Xaçmazda 392 şagird soyuq sinif otaqlarında – Təhsil Nazirliyi hara baxır? Cəmiyyət
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya
  • Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi Dünya
  • Sabah Şərurun bəzi ərazilərində işıq olmayacaq Ölkə
  • 300 bal toplasa da – Adı siyahıda yoxdur Təhsil

Polis rəisinin iştirakı ilə Mingəçevir məktəblərində görüşlər davam edir

Posted on 8 Aprel 2026 By admin Şərh yoxdur Polis rəisinin iştirakı ilə Mingəçevir məktəblərində görüşlər davam edir

Mingəçevir məktəblərində “Narkomaniyaya yox deyək”adlı tədbirlər davam edir.

Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 17 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Polis əməkdaşları, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktor əvəzi Rəsmiyyə Bəxşəliyeva çıxış edərək polis əməkdaşlarına məktəb haqqında ətraflı məlumat verib. Polis rəisinə söz verərək zərərli vərdişlərin fəsadları barədə şagirdləri maarifləndirdikləri üçün minnətdarlıq bildirib. Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb.

Ölkəmizdə “ağ ölüm”ə qarşı ciddi mübarizə aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində hüquq-mühafizə orqanları tərəfindən uğurlu tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb və gənclərə bu bəladan hər zaman uzaq durmalarını, sosial şəbəkələrdən istifadədə ehtiyatlı olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edib. Rəis gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib. O, həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Rəis narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də məktəb psixoloqlarının yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.

Tədbirdə polis əməkdaşları 4 mövzu ətrafında şagirdləri maarifləndirərək “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi” ilə bağlı çıxış ediblər.

Narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

Esmira Hidayətova,Mingəçevir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Əliyar Ağayevin səhv qərar verdiyi TƏSDİQLƏNDİ: 2-si də penaltidir
Next Post: Zamirə Ədilova vəzifəsindən azad olundu

Related Posts

  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı Cəmiyyət
  • Narkomaniya və zərərli vərdişlərə yox deyək!  Cəmiyyət
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər Cəmiyyət
  • Diş ətiniz qanayırsa, bu vitamin çatışmır Cəmiyyət
  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • Daha bir icra hakimiyyətində ixtisar – 36 əməkdaş çıxarıldı Ölkə
  • Dar geyim sağlamlığınıza necə təsir edir? Cəmiyyət
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • Sabah 1600 abonentin qazı kəsiləcək Ölkə
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by