Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Alimlər Qədim Misir mumiyalarını qoxlamağa başladılar Dünya
  • Keçmiş prezidentin meyiti 8 aydır morqdadır Dünya
  • Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır Siyasət
  • Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi Kriminal
  • “HƏMAS”ın tərk-silah ediləcəyi vaxt açıqlandı Dünya
  • Qadın alış-veriş edərkən canavarın hücumuna məruz qalıb Hadisə
  • Qvardiola diskvalifikasiya edildi İdman
  • BƏƏ Tehrandakı səfirliyini bağlayır Dünya

Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif

Posted on 13 Mart 2026 By admin Şərh yoxdur Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif

Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır.

Bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.

Sənəddə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi çəkilərək digər bölgələrdə də bu modeldən istifadə edilməsi təklif olunub:

“Bunun üçün Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Əsas odur ki, yerlərdə təhsil mühiti və sosial həyat olduqda insanlar axınla bölgələrə gedəcəklər, çünki paytaxtdakı tıxaclarda insanların nə qədər əziyyət çəkdiyini hamı gündəlik həyatında müşahidə edir”.

Hesabatda həmçinin Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir:

“Hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində qeyd edilən ixtisaslar üzrə geniş tədris proqramları istifadə edilməkdədir. Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevirəcək – Baş nazir 
Next Post: 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir

Related Posts

  • Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı Ölkə
  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? Ölkə
  • Cabbar Musayev qərar imzaladı Ölkə
  • Azərbaycan səması Avropa ilə Asiyanı fəal şəkildə birləşdirir – VİDEO Ölkə
  • Sürücülərin nəzərinə! Ölkə
  • “Sea Breeze Resort” istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR Dünya
  • Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? – VİDEO Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • ABŞ-nin Yaxın Şərq üçün növbəti planı nədir? – Amerika nəşri Siyasət
  • Bu həftə hönkür-hönkür ağlayacaq BÜRCLƏR Cəmiyyət
  • Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz? Cəmiyyət
  • KİV: “Tottenhem” rəhbərliyi İqor Tudora ultimatum verdi İdman
  • Dövlət Gömrük Komitəsində qadın şöbə rəisi TƏYİN EDİLDİ Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by