Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Su çəni rəngləyən kişi zəhərlənib öldü Hadisə
  • Xırdalanda evlər ucuzlaşıb – VİDEO Ölkə
  • Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR Hadisə
  • Husilər ABŞ ilə müharibə etmək istəmir – Tramp Siyasət
  • Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü Hadisə
  • Neymar Robinyonun oğlunu vurdu İdman
  • Netanyahu ilə Kuşnerin 4 saatlıq görüşü: Qəzza ilə bağlı razılığa gəldilər – HƏMAS tərksilah ediləcək Siyasət
  • II Elizabetin sırğasını, Diananın qolbağını taxdı Dünya

Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevirəcək – Baş nazir 

Posted on 13 Mart 2026 By admin Şərh yoxdur Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevirəcək – Baş nazir 

2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin illik hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər.

“İl ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirmiş, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərmişdir.
Bu baxımdan 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan vermişdir.

Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olmuşdur”, -Baş nazir bildirib.

Ə.Əsədov əlavə edib ki, bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcəkdir.
Baş nazir onu da bildirib ki, 2025-ci ildə əldə edilmiş mühüm diplomatik uğurlar sırasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi rolunun beynəlxalq səviyyədə tanındığını göstərir.
Hesabat ilində Azərbaycan ümumi əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon ABŞ dollarından çox olan D-8 təşkilatına üzv qəbul olunmuşdur.

Eyni zamanda, ötən il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmişdir.
Bu tədbirlər sırasında təbii ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü və Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü xüsusilə qeyd etmək olar.

Ölkəmiz cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəkdir.
Onların sırasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu mötəbər tədbir müasir şəhərsalma yanaşmaları və beynəlxalq təcrübə mübadiləsi baxımından qlobal əhəmiyyətə malik platformaya çevriləcək”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Next Post: Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif

Related Posts

  • Bu sahədə süni intellektdən istifadə dəyərin artmasına səbəb ola bilər – Vüqar Bayramov Ölkə
  • Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır Ölkə
  • Ceyhun Bayramov Kirill Budanov ilə görüşdü Ölkə
  • Dubay əmiri Azərbaycan Prezidentini təbrik edib Ölkə
  • İntensiv yağış, şimşək, dolu – XƏBƏRDARLIQ Ölkə
  • Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Yeni təmayüllü tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə start verildi Təhsil
  • Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünya
  • Azərbaycanda zəlzələ oldu Hadisə
  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Cabbar Musayev qərar imzaladı Ölkə
  • Xankəndidə müasir teleqüllə ucaldılır – Yeni görüntülər Ölkə
  • Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb Cəmiyyət
  • 7 nazirlik işçi axtarır: 3 700 manat maaş Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by