Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir? Ölkə
  • Köçəryanın oğlu haqqında həbs qətimkan tədbiri seçilib Dünya
  • Amerikalı jurnalist Bağdadda oğurlanıb Dünya
  • İcra başçısı köməkçisini işdən çıxardı Ölkə
  • Dubay əmiri Azərbaycan Prezidentini təbrik edib Ölkə
  • Bərdədə avtomat silah və patronlar aşkarlandı, saxlanılan var Kriminal
  • Suraxanıda yaşayış evində uçqun – ölən və yaralı var – VİDEO Hadisə
  • Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər Ölkə

Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif

Posted on 13 Mart 2026 By admin Şərh yoxdur Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif

Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır.

Bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.

Sənəddə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi çəkilərək digər bölgələrdə də bu modeldən istifadə edilməsi təklif olunub:

“Bunun üçün Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Əsas odur ki, yerlərdə təhsil mühiti və sosial həyat olduqda insanlar axınla bölgələrə gedəcəklər, çünki paytaxtdakı tıxaclarda insanların nə qədər əziyyət çəkdiyini hamı gündəlik həyatında müşahidə edir”.

Hesabatda həmçinin Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir:

“Hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində qeyd edilən ixtisaslar üzrə geniş tədris proqramları istifadə edilməkdədir. Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevirəcək – Baş nazir 
Next Post: 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir

Related Posts

  • “Toğanalı” KSES-də istehsal olunan enerjinin həcmi məlum olub Ölkə
  • Sabah 1600 abonentin qazı kəsiləcək Ölkə
  • Bakıda və Abşeronda güclü külək əsir, regionlarda duman var – FAKTİKİ HAVA Ölkə
  • Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  Ölkə
  • Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq Ölkə
  • Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir? Ölkə
  • “Real Madrid” Arda Gülerlə bağlı qərarını verdi İdman
  • DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA Təhsil
  • Ülvi Quliyevdən ilk AÇIQLAMA İdman
  • Bununla da hansı məqsədə xidmət göstdiklərini ifşa etmiş oldular – Bəhruz Məhərrəmov Ölkə
  • MDU və “Mingəçevir Tekstil” birgə elmi-tədqiqat və innovasiya layihələri həyata keçirəcək Təhsil
  • Messinin 10 nömrəli formasını o geyinəcək İdman
  • Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by