Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır Siyasət
  • Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb Cəmiyyət
  • Nazir yeni rəis təyin etdi – FOTO Ölkə
  • Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin Cəmiyyət
  • Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA Ölkə
  • Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər Ölkə
  • “Real Madrid” müdafiə xəttini yenidən qurur İdman
  • Müctəba Xamenei ilk dəfə açıqlama verdi Siyasət

İranın səfiri Rusiyadan göndərilən humanitar yardıma dəstəyə görə Azərbaycana təşəkkür edib

Posted on 12 Mart 2026 By admin Şərh yoxdur İranın səfiri Rusiyadan göndərilən humanitar yardıma dəstəyə görə Azərbaycana təşəkkür edib

İranın səfiri Müctəba Dəmirçilu Rusiyadan göndərilən humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib.

Səfir Lənkəran hava Limanında jurnalistlərə açıqlamasında Rusiya tərəfindən İrana göndərilən humanitar yardımı Lənkəran aeroportunda qarşıladığını deyib.

“Bu təşəbbüsə görə Rüsiya dövləti və xalqına, eyni zamanda yaradılan şəraitə görə isə Azərbaycan hökuməti və xalqına minnətdarlığımı bildirirəm”.

O xatırladıb ki, ötən günlərdə Azərbaycan da birinci humanitar yardımını İrana yola salmışdı:

“Bu bizim ortaq, müştərək mədəniyyətimizdən gəlir ki, bizlər dar günlərimizdə bir-birimizə kömək edirik. Mən bir daha fürsətdən istifadə edib həm Azərbaycan hökumətinə, həm də xalqına həmrəyliyə görə, humanitar yardıma görə təşəkkürlərimi ifadə edirəm”.

Rusiyanın verdiyi məlumata görə, İrana 13 tondan çox humanitar yük – dərman və tibbi ləvazimatlar göndərilir.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərib. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Bakı faktoru ilə hesablaşan Brüssel: Strateji tərəfdaşlığın yeni mərhələsi
Next Post: Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?

Related Posts

  • İsrailin hərbi maşınları Suriyaya daxil olub Siyasət
  • Ərdoğan: İranla bağlı münaqişə ciddi qlobal nəticələrə yol aça bilər Siyasət
  • Ən dəhşətli il: dənizdə yüzlərlə qaçqın ölüb Siyasət
  • SEPAH generalı Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələdi Siyasət
  • “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır” Siyasət
  • Tramp İrana təşəkkür edib Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib Cəmiyyət
  • Tərtərdə dəhşətli qəza: Maşın iki qadını vurub öldürdü Hadisə
  • Azərbaycanda yağıntılı hava davam edir – FAKTİKİ HAVA Ölkə
  • Ağdam açıq ərazidə yanğın başlayıb Hadisə
  • Hövsanın su təchizatında fasilə yaranıb – SƏBƏB NƏDİR? Ölkə
  • “Makedon” vəfat etdi Mədəniyyət
  • Heç vaxt qazı olmayan kənd – “Bir inəyini verəsən ki, odun alasan” – VİDEO Ölkə
  • Günəşlidə evlərin ətrafında ilanlar peyda olub – VİDEO Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by