Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Süni intellekt yüzdən çox yeni ekzoplanet kəşf edib Maraqlı
  • ​Cibinizdəki “saatlı bomba”: Hər gün etdiyimiz bu hərəkət telefonu daxildən məhv edir Cəmiyyət
  • Latviya Prezidenti Edqars Rinkeviçs “Bakı Ağ Şəhər”də olub – FOTO Ölkə
  • Dünya
  • Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı Ölkə
  • Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib Siyasət
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • II Qareginin Gürcüstana getməsinə icazə vermədilər Dünya

Bakıda bu halda kirayə qiymətləri kəskin düşə bilər

Posted on 12 Mart 2026 By admin Şərh yoxdur Bakıda bu halda kirayə qiymətləri kəskin düşə bilər

Yataqxanaların tikilməsi və ya universitetlərin kampus tipli şəhərciklər şəklində şəhərdən kənara köçürülməsi təklifi Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən dəfələrlə irəli sürülüb.

Bunu  Milli.az–a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, bu addım daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə də təsir göstərə bilər.

“Eyni zamanda, universitetlərin şəhər mərkəzindən və mərkəzə yaxın ərazilərdən kənara çıxarılması tıxacların müəyyən qədər azalmasına səbəb ola bilər. Rəsmi rəqəmlərə nəzər salsaq, hazırda universitet yataqxanalarında yerləşdirilən tələbələrin sayı təxminən 4 min nəfər civarındadır. Nəzərə alsaq ki, ali məktəblərə hər il 50 mindən çox tələbə qəbul olunur və ümumilikdə ölkədə təxminən 200 minə yaxın tələbə var, bu halda yataqxanalarda yerləşmə cəmi 2 faiz təşkil edir. Halbuki normativlərə görə tələbələrin ən azı 25-30 faizi yataqxana ilə təmin edilməlidir”.

Sədr qeyd edib ki,yataqxanaların tikintisi tikinti şirkətləri üçün xüsusi təşviq proqramları vasitəsilə stimullaşdırılmalıdır.

“Pulsuz torpaq sahələrinin ayrılması, vergi güzəştlərinin tətbiqi və digər dəstək mexanizmləri hesabına daha çox yataqxana tikmək mümkün ola bilər. Bu isə birbaşa kirayə bazarına təsir göstərə bilər. Belə ki, kirayə mənzil axtaranların təxminən yarısını tələbələr təşkil edir və bu kifayət qədər böyük göstəricidir. Kirayə tələbinin azalması daşınmaz əmlakın satış qiymətlərinə də təsir edə bilər ki, bu da son nəticədə mənzil bazarında qiymət artımının qarşısının qismən alınmasına səbəb ola bilər. Yataqxanaların sayının artırılması həm sosial layihə, həm də təhsilin gələcəyinə yönəlmiş investisiya kimi qiymətləndirilə bilər. Hər il on minlərlə tələbə təhsil almaq üçün Bakıya gəlir və valideynlərin minimum və ya orta əməkhaqqı ilə paytaxtda kirayə mənzil tutmaq imkanı məhdud olur. Bu baxımdan, yeni yataqxanaların tikilməsi bütün sosial təbəqələr üçün mühüm addım hesab oluna bilər”, – deyə o qeyd edib.​

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Tarif Şurası QƏRAR VERDİ
Next Post: Mingəçevir Dövlət Universitetində nümunəvi addım – Rektor Anar Eminov əməkdaşlara bayram münasibətilə mükafat verdi

Related Posts

  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb Cəmiyyət
  • Diş ətiniz qanayırsa, bu vitamin çatışmır Cəmiyyət
  • 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir Cəmiyyət
  • Sakinlər narahatdır: Sahibsiz itlər uşaqlara hücum edir Cəmiyyət
  • 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? – Psixoloq cavabları açıqladı Cəmiyyət
  • Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər – Pediatrdan XƏBƏRDARLIQ Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Telefona cavab verməmək xarakteriniz barədə nə deyir? Maraqlı
  • Myanmada minlərlə məhbus əfv edilib Dünya
  • Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb İqtisadiyyat
  • “Qarabağ” bu futbolçu ilə razılıq əldə etdi İdman
  • Baş nazir qazla bağlı yeni qərar imzaladı Cəmiyyət
  • Bu sahədə süni intellektdən istifadə dəyərin artmasına səbəb ola bilər – Vüqar Bayramov Ölkə
  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib Kriminal
  • Ramazanın 15-ci gününün imsak, iftar vaxtı Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by