Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu İdman
  • İran “Abraham Lincoln”a raket atdı – Video Siyasət
  • Amerikalı aktrisa yeddi uşaqla ağır qəzaya düşüb Dünya
  • Almaniyanın dövlət borcu 3 trilyon avroya yaxınlaşır Dünya
  • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş Kriminal
  • Məhkəmə keçmiş məcburi köçkünün evi ilə bağlı MÜHÜM QƏRAR VERDİ Cəmiyyət
  • Guía sobre métodos de pago con criptomonedas en el juego online Blog
  • Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir Ölkə

Bu sahədə süni intellektdən istifadə dəyərin artmasına səbəb ola bilər – Vüqar Bayramov

Posted on 11 Mart 2026 By admin Şərh yoxdur Bu sahədə süni intellektdən istifadə dəyərin artmasına səbəb ola bilər – Vüqar Bayramov

“Hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır. İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur. Sektoral say baxımdan ikinci ən çox işçi qüvvəsinin çalışdığı ticarət, nəqliyyat vasitələrinin təmiri cəmi 715 min vətəndaşımız məşğuldur. Məşğul əhalinin 35.4 faizinin kənd təsərrüfatında çalışmasına baxmayaraq bu sektorun ÜDM-də payı cəmi 5.9 faizdir. 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 min 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici cəmi 4 min 273 manatdır”.

Bunu deputat Vüqar Bayramov parlamentdı “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat əlavə edib ki, süni intellektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri də inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş dövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır:  ” Niderlanda məşğul əhalinin 2 faizi kənd təsərrüfatında çalışsa da 2025-ci ildə bu ölkənin aqrar ixracatı 137.5 milyard avro olub. Məşğul əhalinin üçdə birinin çoxunun çalışdığı Azərbaycanda isə  aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 1,3 milyard dollar olub. Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni intelektdən daha sıx şəkildə istifadə vacibdir.

Daha yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən süni intelektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən daha konkret nəticələr də burada qeyd olunsun. Süni intelektdən və ya rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur. Eləcə də, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansı hissəsinin süni intelekt və ya rəqəmsal həllərin tətbiqi nəticəsində əldə edilməsinin də hesablanmasına ehtiyac var. Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4.7  milyard dollar intervalında qiymətləndirilir. 2035-ci ilədək isə 46.6 milyard dollara çatacağı proqnozlaşdırılır. Azərbaycanda hələ süni intelektin sektorial yaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir”.

V. Bayramov bildirib ki, kənd təsərrüfatında süni intelektin daha çox tətbiq olunduğu istiqamətlər dəqiq əkinçilik, kənd tsərrüfatının avtomatlaşdırması, dron analitikası, heyvandarlıq monitorinqində tətbiq olunur:  “Dəqiq əkinçiliyə gübrələrin və pestisidlərin dəyişkən nisbətdə nəzərə alınmaqla süni intellekt tərəfindən idarə olunan sahəyə xas bitkilərin seçilməsi daxildir. Avtomalaşdırma işçi qüvvəsi çatışmazlığını aradan qaldırır. Dronlar məhsulun monitorinqi, sahə təhlili  üçün geniş istifadə olunur və bu da onları süni intellekt tətbiqinin əsas hissəsinə çevirir. Heyvandarlqda süni intellekt heyvanların sağlamlığını, davranışını və qidalanmasını izləmək, rifahı və məhsuldarlığı artırmaq üçün istifadə olunur.

Göründüyü kimi, süni intelektdən aqrar sektorda istifadə imkanları geniş olmaqla yanaşı, bu sahədə yaradılan dəyərin artmasına səbəb ola bilər”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Deputat: Çalışmalıyıq ki, yerli süni intellektlə bağlı proqramlar yaradılsın
Next Post: “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır”

Related Posts

  • Diplomatlarla bağlı yeni qaydalar müəyyənləşir Ölkə
  • Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI Ölkə
  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? Ölkə
  • Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı Ölkə
  • Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Ölkə
  • Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıda baş verən güclü yanğın söndürüldü – YENİLƏNDİ Hadisə
  • Arda Turan hamını qabaqladı İdman
  • Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu Hadisə
  • Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb İqtisadiyyat
  • İqtisadiyyat
  • Keçmiş baş həkim qəfildən vəfat etdi Hadisə
  • ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün bundan istifadə edə bilər Dünya
  • İran bayrağı köynəyi ilə hücum: 2 ölü Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by