Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevirdə liseydə kitab bağışlanma aksiyası keçirilib Cəmiyyət
  • Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı Kriminal
  • Braziliyanın İrandakı səfiri: Azərbaycan hökuməti bizə çox kömək etdi Siyasət
  • Çində naməlum qədim insan nəslinin izləri tapıldı Dünya
  • 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu Dünya
  • Azərbaycan Gürcüstan və Ukraynaya pomidor tədarükünü kəskin artırıb İqtisadiyyat
  • Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevirəcək – Baş nazir  Ölkə
  • Qurbanov “Neftçi” ilə bir həftədə iki dəfə qarşılaşmaq qərarından danışdı – Video İdman

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi

Posted on 7 Mart 2026 By admin Şərh yoxdur Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi

Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.
“Report” xəbər verir ki, Leyla Əliyeva da şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət olub.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə dövlət və cəmiyyət qayğısının ifadəsi olaraq keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca Yaradandan dünyada sülhün, ölkəmizdə əmin-amanlığın bərqərar olması dilənib.
Şəhid ailələrinin adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, qayğı və ehtirama görə minnətdarlığını ifadə edib.
Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.
Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın yad edildiyi, onların bizə əmanət qoyduqları ailələrin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu cür tədbirlər şəhid ailələrini bir araya gətirərək dövlətin və Azərbaycan xalqının daima onların yanında olduğunu bir daha hiss etdirir. Bu tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.

 

Ölkə

Yazı naviqasiyası

Previous Post: İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? – Səfirlə gərgin MÜSAHİBƏ
Next Post: İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi

Related Posts

  • Sabah 3 rayonda qaz olmayacaq Ölkə
  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ Ölkə
  • Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB Ölkə
  • Ramazanın 15-ci gününün imsak, iftar vaxtı Ölkə
  • Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hindistanda fabrikdə partlayış: 17 nəfər ölüb Dünya
  • Azərbaycan qəhvə ixracına çəkdiyi xərci artırıb Ölkə
  • “Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA Cəmiyyət
  • SEPAH generalı Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələdi Siyasət
  • Əraqçi: İranın qonşu ölkələrlə problemi yoxdur Dünya
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Bu qidalar böyrək daşı yaradır Maraqlı
  • Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by