Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qatar yoluna yıxılan sərnişin metroya kompensasiya ödəyəcək Dünya
  • General Ermənistan pasportundan imtina etdi Dünya
  • Sabah yollarda duman səbəbindən hərəkət çətinləşəcək Ölkə
  • Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır Dünya
  • Qrenlandiyalılar ABŞ konsulluğunun yaxınlığında etiraz aksiyası keçirdilər Dünya
  • ABŞ-İran savaşının səssiz qalibi – Pekin Dünya
  • Yaponiyada mübahisə ölümlə nəticələndi: 17 yaşlı uşaq öldürüldü Dünya
  • Prezidentin köməkçisi və nazir “Şahmaran”nın premyerasını izlədi – FOTOLAR Mədəniyyət

“Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü”

Posted on 25 İyul 2026 By admin Şərh yoxdur “Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü”

“Tələbəlik illərində çox çətin günlər yaşamışam. Novruz çəkilişlərinə gedirdim. Hələ 7-ci sinifdə oxuyanda teatrda çalışırdım. Universitetdə oxuyarkən kirayədə qalırdım. Qrup yoldaşlarımın hamısının evi var idi, bir mən kirayədə yaşayırdım. Elə gün olub ki, metroya verməyə pulum olmayıb”.

Bu sözləri aktyor İlkin Misgərli “Zarafat bir yana” proqramında deyib. Aktyor tələbəlik illərində yaşadığı maddi çətinliklərdən danışıb:

“Universiteti bitirdikdən sonra yenidən teatra qayıtdım. Gördüm ki, alınmır, dolanışıq çətindir. Sonra kloun kimi çalışdım, az da olsa pul qazandım. Çox ağır işdir. Eləsi var bilir ki, bu da insandır, eləsi də var oynadığın yerdə diş çöpü batırır, bir həftə gəzə bilmirsən. Daha sonra layihələr gəldi, şükür bu günümə. Bura çatana qədər çox əziyyət çəkmişəm”.

İlkin estetik əməliyyatından da söz açıb. O, saç əkdirdiyini və prosesin asan keçmədiyini deyib:

“Saç əkdirdim, 8 saat əməliyyatda qaldım. Amma indi deyirlər ki, yaraşmır, bu nədir. Üçüncü dəfə də əməliyyat etdirəcəyəm, ondan sonra bu proses bitəcək”.

İlkin bir müddət əvvəl yayılan ölüm xəbərindən danışarkən “Bir hala düşdüm ki. Altına bir musiqi qoymuşdular ki, kövrəldim. Hamı da mənə yazır. Get başqasına yaz da” sözlərini əlavə edib.

İlkin məşhur “Qılman həkim” obrazından, atasını müalicə edən həkimdən danışıb:

“Atam onkoloji xəstə idi. Onun istifadə etdiyi ağrıkəsici dərman yalnız bir həkimdə olurdu. Tez-tez ona zəng edirdim. Bir gün telefonu açıb dedi: “Nə olub, bezdirdin məni, yeyib-içməkdəyəm”. Mən də cavab verdim ki, atamın vəziyyəti ağırdır, dərman yalnız səndə var, onu haradan tapaq? O isə “Sonra gələrəm” dedi. Həmin hadisədən sonra “Qılman Həkim” obrazını yaratdım. Anam mənə dedi ki, həkimin adını birbaşa çəkmə, amma bu yolla qisasını al. Mən də həmin obrazı acığa yaratdım. Maraqlıdır ki, sonradan o həkim də eyni xəstəlikdən dünyasını dəyişdi”.

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: Təbiət qoynunda istirahət edənlərin diqqətinə – Nazirlik XƏBƏRDAQLIQ yaydı
Next Post: Şəhid anası qızına böyrəyini donor kimi bağışladı – FOTO

Related Posts

  • “Uzak şehir”in aktyoru məşhur serialda – FOTO Mədəniyyət
  • “Ağ qorillaya oxşayırlar” – Plastik əməliyyatlılardan DANIŞDI Mədəniyyət
  • Səhiyyə naziri Nurani ilə vida mərasimində – FOTO Mədəniyyət
  • Əməkdar artist Aygün Bəylərin doğum günüdür Mədəniyyət
  • “Onlarla mən günlər, hadisələr yaşamışam” Mədəniyyət
  • “Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm” Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dünyanın ən bahalı evi görənləri heyran etdi  Dünya
  • “Yeddi şərt yerinə yetirilməlidir, əks halda Hörmüz boğazı açılmayacaq” Dünya
  • SEPAH İsrailin növbəti “F16” qırıcısını vurub Siyasət
  • Dövlət bu məqsədlə vətəndaşlardan torpaq sahəsi alacaq Ölkə
  • Azərbaycanda zəlzələ oldu Ölkə
  • 3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi Dünya
  • Səhiyyə naziri Nurani ilə vida mərasimində – FOTO Mədəniyyət
  • Azərbaycanda hər sürücünün tanıdığı adamdan ETİRAF: “Özüm də 40 manat cərimə olunmuşam” – VİDEO Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by