Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və yenidənqurma işləri həyata keçiriləcək. Bu barədə “Azərişıq”ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev küçələrinin…