Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb Siyasət
  • ABŞ Ukraynada sülhün əldə edilməsi üçün qırmızı xətləri açıqladı Siyasət
  • Bu ərazilərdə işıq olmayacaq Ölkə
  • SEPAH İsrailin növbəti “F16” qırıcısını vurub Siyasət
  • Sabah dörd şəhər və rayonda qaz olmayacaq Ölkə
  • Mingəçevir Dövlət Universitetində Turizm Sənaye Şurası yaradılır Təhsil
  • Bu ölkənin “Eurovision”da iştirakı qadağan edilə bilər Dünya
  • Azərbaycan Gürcüstan və Ukraynaya pomidor tədarükünü kəskin artırıb İqtisadiyyat

Diplomatlarla bağlı yeni qaydalar müəyyənləşir

Posted on 27 Oktyabr 2026 By admin Şərh yoxdur Diplomatlarla bağlı yeni qaydalar müəyyənləşir

Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik ev konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Bununla əlaqədar onlara nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir. Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədi ilə həmin şəxslər barədə məlumatları 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizalarda ölkədə qalma müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçirilir.

Layihəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Həmin şəxslərin qeydiyyatı həyata keçirilərkən həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların Azərbaycan Respublikasında statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək. Qeydiyyat vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir və qeydiyyat vəsiqəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək. Göstərilən şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Rəsmi səfər vizası Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.

Göstərilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçiriləcək.

Beləliklə təklif olunan dəyişikliyə əsasən, həmin şəxslərin siyahısı daha da dəqiqləşdirilir, onların qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi üçün Azərbaycan Respublikasında 15 gündən artıq olma müddəti müəyyən edilir. Bununla yanaşı, həmin kateqoriya şəxslərin qeydiyyatı həyata keçirilərkən onlara qeydiyyat vəsiqəsinin verilməsi qaydaları, habelə bu vəsiqələrin doldurulması və verilməsi prosedurunun mövcud məlumat-axtarış sistemindən istifadə edilməklə həyata keçirilməsi, müvafiq elektron sistemə (Vahid Miqrasiya Məlumat Sistemi) məlumatların yerləşdirilməsi qaydaları təkmilləşdirilir, bununla da rəqəmsal xidmətlərdən istifadənin dairəsi daha da genişləndirilir. Layihədə həmçinin yuxarıda qeyd olunan şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi tələbi müəyyənləşdirilir.

Eyni zamanda rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı daha da dəqiqləşdirilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilir
Next Post: Leysan, şimşək, dolu – SABAHIN HAVASI

Related Posts

  • Şəhid anası qızına böyrəyini donor kimi bağışladı – FOTO Ölkə
  • Lənkəranın bəzi yerlərində işıq olmayacaq Ölkə
  • Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ Ölkə
  • Hava kəskin dəyişir – Leysan, şimşək, daşqın Ölkə
  • Hikmət Hacıyev: Mühüm məlumatlar gözlənilir Ölkə
  • Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu İdman
  • Sabah Yardımlıda qaz olmayacaq Cəmiyyət
  • İran Hörmüz boğazını açıb Siyasət
  • Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər Dünya
  • Casus Piroqov 23 il müddətinə azadlıqdan məhrum edildi Dünya
  • Almaniyada məktəbə hücum: Ölənlər var Dünya
  • Media: ABŞ Hörmüzün blokadasına 15-dən çox hərbi gəmi cəlb edib Siyasət
  • Sürücülər bu xidmətlərə “mygov”dan müraciət edə biləcəklər Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by