Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sabah 1600 abonentin qazı kəsiləcək Ölkə
  • Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək Ölkə
  • Azərbaycan bu metaldan 25 milyon dollara yaxın vəsait qazanıb İqtisadiyyat
  • Özəl sektora imkan verilsə, 5 ilə ölkədə qəzalı binalar problemini həll edər – Fazil Mustafa Ölkə
  • “Ərinizin subay dostlarını evinizə buraxmayın” Mədəniyyət
  • Ağcabədidə minik avtomobilləri toqquşub – ölən yaralanan var Hadisə
  • Ehtiyatlı olun, bu, ən zərərli çörək növüdür – HƏKİMDƏN XƏBƏRDARLIQ Dünya
  • Bu dəfə məşhur seriala çəkiləcək Mədəniyyət

Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK

Posted on 20 Mart 202620 Mart 2026 By admin Şərh yoxdur Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK

 

Bu gün – martın 20-də Azərbaycana yaz fəsli başlayacaq.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, yaz fəslinin Azərbaycana gəlişi saat 18:45:53-ə təsadüf edəcək. Bu il yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Azərbaycanda yaz fəslinin başlanması ilə əlaqədar həm də təbiət hadisəsi baş verəcək – bu zaman gecə ilə gündüz bərabərləşəcək. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla – böləcək.

Sabahdan etibarən isə gündüz tədricən uzanmağa, gecə isə qısalmağa başlayacaq. Bu proses düz iyun ayının 22-dək davam edəcək. Məhz 22 iyunda gündüz ən uzun, gecə isə ən qısa vaxta malik olacaq. Ondan sonra gündüz tədricən qısalmağa, gecə isə uzanmağa başlayacaq ki, həmin proses nəticəsində də sonda payız gecə-gündüz bərabərliyi baş verəcək.

Bu il sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də isə Azərbaycanda payız fəsli başlayacaq. Həmin an payız gecə-gündüz bərabərliyi hadisəsi yaşanacaq.

Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) – gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır – yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi.

Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Sabah hava necə olacaq?
Next Post: İlham Əliyev və Şahbaz Şərif Ramazan bayramı münasibətilə bir-birini təbrik edib

Related Posts

  • Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq Ölkə
  • Sabah hava necə olacaq? Ölkə
  • Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ Ölkə
  • ASCO sədrindən tapşırıq – Qohumlar bir yerdə işləyə bilməyəcəklər Ölkə
  • Moskvadan Bakıya uçan təyyarənin geri qayıtma səbəbi açıqlandı Ölkə
  • Yevlaxda növbəti iməclik. HEYDƏR ƏLİYEV PROSPEKTİ Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət
  • Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi Kriminal
  • İlham Mirzəyev son durumu açıqlandı – Vəziyyəti ağırdır Cəmiyyət
  • İdman brendi Benzemadan imtina etdi İdman
  • Bu məhsulları soyuducuda saxlamaq olmaz Maraqlı
  • Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət Cəmiyyət
  • 6 avtomobil və iki marketi talayan şəxs saxlanıldı Kriminal
  • Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by