Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bədən siqnallarını düzgün oxumaq – Harda nə baş verir? Cəmiyyət
  • Rektor Anar Eminovdan abituriyentlərə mesaj: “MDU sizi gözləyir!” Təhsil
  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal
  • Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  Ölkə
  • Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək Maraqlı
  • AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə indiyə kimi 1442 nəfər daşınıb Ölkə
  • Yeni təmayüllü tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə start verildi Təhsil
  • Paşinyandan İran açıqlaması: “Risk yaranarsa, qərar verməli olacağıq” Siyasət

Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub

Posted on 6 İyul 20266 İyul 2026 By admin Şərh yoxdur Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub

Biznes subyektləri ilə istehsal müəssisələrinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə regionda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə sənaye, balıqçılıq, ictimai iaşə, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərən 120-yə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bölgədə sahibkarlıq fəaliyyəti üçün imkanlar, dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın xidmət infrastrukturu və dəstək mexanizmləri barədə məlumat veriblər.

Qeyd olunub ki, hazırda rəqəmsal texnologiyaların tətbiqi, istehsalın səmərəliliyinin artırılması, KOB subyektlərinin dəyər zəncirinə inteqrasiyası və yaşıl iqtisadiyyatın genişləndirilməsi əsas inkişaf istiqamətləridir.

Azərbaycanın əsas sənaye və energetika mərkəzlərindən olan Mingəçevirdə istehsal, xidmət və logistika sahələrinin inkişafı, yeni investisiyaların cəlbi və sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və energetika infrastrukturu emal sənayesinin, innovativ istehsalın və xidmət sektorunun inkişafını dəstəkləyir. Mingəçevir sahibkarları da mövcud potensialın reallaşdırılması üçün dövlətin dəstək alətlərindən, o cümlədən KOBİA tərəfindən göstərilən xidmətlərdən yararlana bilərlər.

Bunun üçün sahibkarlar KOBİA-ya birbaşa və ya bölgədə fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.

Görüşdə sahibkarlarla istehsal müəssisəsinin və işğaldan azad edilmiş ərazilərdə şirniyyat sexinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, biznes subyektlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Mingəçevirdə termal kağız emalı və pellet yanacaq və metal konstruksiyalar istehsalı müəssisəsində olub. Sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu müəssisələr müxtəlif vaxtlarda KOBİA-nın daxili bazar araşdırması və sərgilərdə iştirak kimi dəstək mexanizmlərindən faydalanıblar.

Esmira Hidayətova, Mingəçevir

Siyasət

Yazı naviqasiyası

Previous Post: Geld einzahlen im Casino: Alle Optionen im Überblick
Next Post: Mingəçevirin “kiçik rəqqası”: Uşaq sanatoriyasından yüksələn ümid dolu bir hekayə

Related Posts

  • İranın ali rəhbərinin müşaviri: Hörmüzün ABŞ-yə heç bir aidiyyatı yoxdur Siyasət
  • “Baku TV”: Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir Siyasət
  • İsrail əsgərləri Livanda minaya düşdülər Siyasət
  • ABŞ Ukraynada sülhün əldə edilməsi üçün qırmızı xətləri açıqladı Siyasət
  • Pezeşkian: Müharibəyə son qoymaq iradəmiz var Siyasət
  • İrandan Türkiyəyə atılan raket məhv edildi Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Cəmiyyət
  • Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb İdman
  • İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN Ölkə
  • BƏƏ: İran təhdidləri qarşısında müdafiəyə hazırıq Siyasət
  • Anar Eminov: “Bu əməkdaşlıqlar Mingəçevir Dövlət Universitetinin rəqəmsal gələcəyinə və tələbələrimizin uğurlu karyerasına mühüm töhfə verəcək” Təhsil
  • Ermənistandan Naxçıvana dəmir yolu ilə bağlı QƏRAR Siyasət
  • İranla dialoqun uğursuzluğu Ağ Evdə Vensi hədəfə çevirə bilər Siyasət
  • Guía sobre métodos de pago con criptomonedas en el juego online Blog

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by