Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qətər: İran raketi neft tankerinə düşüb Dünya
  • Aİ-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı müzakirə ediləcək Siyasət
  • İran casuslarının Avropadakı “paytaxtı” AÇIQLANDI Siyasət
  • İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirib Siyasət
  • Müharibə bu tarixədək bitəcək – İran Siyasət
  • Dünyada ərzaq qiyməti ucuzlaşır İqtisadiyyat
  • Jouer au casino sur smartphone : le guide essentiel Blog
  • Deputat: Çalışmalıyıq ki, yerli süni intellektlə bağlı proqramlar yaradılsın Ölkə

Masazırda yük maşını aşdı, ölən və xəsarət alanlar var – YENİLƏNİB

Posted on 24 Sentyabr 2026 By admin Şərh yoxdur Masazırda yük maşını aşdı, ölən və xəsarət alanlar var – YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Bakı–Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

 

İdarədən verilən məlumata görə, bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

“Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil — digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.

Bir daha qəti şəkildə bildiririk ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da sərtləşdiriləcək. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görüləcək”, məlumatda deyilir.

***

13.04

Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: İlk dəfə Trampla görüşdü
Next Post: Bərdədə avtomat silah və patronlar aşkarlandı, saxlanılan var

Related Posts

  • Kürdəxanıda yol kənarında tikinti materialları yanıb Hadisə
  • Qadın alış-veriş edərkən canavarın hücumuna məruz qalıb Hadisə
  • Dəm qazı yenə can aldı Hadisə
  • Xırdalandakı güclü yanğın olub – VİDEO Hadisə
  • Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb Hadisə
  • Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı Hadisə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dünyada milyonçuların sayı sürətlə artır Dünya
  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı Cəmiyyət
  • Mingəçevirdə üç müəllim Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub Təhsil
  • Xırdalanda evlər ucuzlaşıb – VİDEO Ölkə
  • Qadın kafedə tanış olduğu kişini intim video ilə şantaj etdi, həbs cəzası aldı Kriminal
  • Həmin ərazilərdən keçərkən daha diqqətli olun – Sürücülərin nəzərinə! Ölkə
  • Şəhid Elnur Zeynalovun ailəsi Göyçay rəhbərliyindən şikayətçidir: “Övladımız unudulub” Cəmiyyət
  • Vətənin məğrur oğlu: Qazi Ceyhun Həsənovun doğum günü mübarək! Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by