Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! – FOTO Cəmiyyət
  • İsrailin hərbi maşınları Suriyaya daxil olub Siyasət
  • Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb Ölkə
  • Həmin təcili yardım maşınının sürücüsü – Həbs edildi Cəmiyyət
  • Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişib Cəmiyyət
  • Qatar yoluna yıxılan sərnişin metroya kompensasiya ödəyəcək Dünya
  • Ata 11 aylıq oğlunu diri-diri basdıraraq öldürüb Dünya
  • Kartlardakı artımla bağlı son rəsmi rəqəmlər açıqlandı Ölkə

“Qeyrətin çatırsa, vur” deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı

Posted on 23 Sentyabr 2026 By admin Şərh yoxdur “Qeyrətin çatırsa, vur” deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı

Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

 1988-ci il təvəllüdlü Zamiq İsgəndərovun (şərti ad – red.) barəsində açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.

Z.İsgəndərov həyat yoldaşından niyə süfrə açmadığını soruşduqda “get özün hazırla” cavabını alıb. Nəticədə mübahisə yaranıb və qanlı cinayət baş verib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini boynuna alıb və ona cəza təyin edilməməsini xahiş edib:

“Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəldi. Uşaqlar həyətdə oynayırdı. Zamiq evə gəldikdə nə üçün səhər yeməyi hazırlamadığımı soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atamın evinə, Gədəbəyə getməyimi istədi.

Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək “gəlin qızınızı aparın” dedi. Atam da onunla telefonda razılaşdı. Övladım isə Fatmayı kəndində məktəbdə oxuduğuna görə, atamgilə getməkdən imtina etdi.

Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara dedim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi. Bu vaxt mən Mehdiabada paltar almağa getmək istəyəndə icazə vermədi. Dedi ki, heç yerə getməyəcəksən, paltarı sabah gedib Gədəbəydən alarsan. Mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq isə “getsən səni vuracam” xəbərdarlığını etdi. Ona dedim ki, qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər qorxmuram…

Bu zaman Zamiq uşaqları həyətə oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, sonra mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zamiq bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər.

Sonra məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördülər, onlar da maşına əyləşdilər. Zamiq, uşaqlarım və tanımadığım taksi sürücüsü ilə birlikdə xəstəxanaya çatmaq üçün yola düşdük. Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq”.

Hadisədən sonra Zamiq İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə tərəflərin barışmasını, azyaşlı övladlarının olmasını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından sərbəst buraxılıb.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Mansur Yavaş istefa verdi
Next Post: İlk dəfə Trampla görüşdü

Related Posts

  • Sürücüsündən alıb idarə etdi – Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı Hadisə
  • Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var Hadisə
  • Gənc oğlanın meyiti evin həyətində aşkarlandı Hadisə
  • Sumqayıtda zavod əməkdaşı avtobusda öldü Hadisə
  • “Survivor”da ayağını itirən iştirakçının son halı – FOTO Hadisə
  • Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Hadisə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabah hava necə olacaq? – PROQNOZ Ölkə
  • Sabah dörd şəhər və rayonda qaz olmayacaq Ölkə
  • İsrail əsgərləri Livanda minaya düşdülər Siyasət
  • Saçları ilə rəqibə iki qırmızı vərəqə aldırdı – VİDEO İdman
  • Məşhur professor 50 kq arıqladı Maraqlı
  • Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir. Cəmiyyət
  • İran dövriyyəyə yeni əskinas buraxdı Dünya
  • Azərbaycan nefti cüzi ucuzlaşıb İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by