Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – FOTO Cəmiyyət
  • Azərbaycan MN: Türkiyəyə raket hücumu regional sülh və təhlükəsizliyə ciddi təhdiddir Ölkə
  • Müharibə bu tarixədək bitəcək – İran Siyasət
  • “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır” Siyasət
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil
  • Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu Maraqlı
  • Cərrahlar xəstələri səhv saldılar: bunu əməliyyat zamanı bildilər Dünya
  • Rusiya İranla bağlı xəbərdarlıq etdi Siyasət

Yer milyonlarla il ərzində niyə həddindən artıq isinməyib? – Səbəb açıqlandı

Posted on 18 İyul 2026 By admin Şərh yoxdur Yer milyonlarla il ərzində niyə həddindən artıq isinməyib? – Səbəb açıqlandı

Alimlər Yerin 60 milyon ildən artıq müddətdə iqlim tarazlığını necə qoruyub saxladığını müəyyən ediblər. Araşdırmaya görə, bu prosesdə dəniz səviyyəsi, okeandakı fosfatın miqdarı və dəniz dibində karbonun toplanması arasında mövcud olan təbii əlaqə mühüm rol oynayıb.

Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunub. Alimlərin fikrincə, dünya okeanının səviyyəsində baş verən dəyişikliklər planetin iqliminə birbaşa təsir göstərib.

Araşdırma göstərir ki, bu mexanizmin əsas elementi dəniz canlıları üçün həyati əhəmiyyət daşıyan fosfatdır.

Dəniz səviyyəsi yüksək olduqda geniş dayaz şelflər fosfatı dib çöküntülərində saxlayırdı. Nəticədə açıq okeana daha az qida maddəsi daxil olur, dəniz orqanizmlərinin sayı azalır və dəniz dibində toplanan üzvi karbonun miqdarı aşağı düşürdü. Bu isə atmosferdə karbon qazının (CO₂) artmasına və iqlimin istiləşməsinə səbəb olurdu.

Əksinə, dəniz səviyyəsi aşağı düşdükdə okeana daha çox fosfat daxil olurdu. Bu da dəniz həyatının canlanmasına, ölmüş orqanizmlərin tərkibindəki karbonun böyük hissəsinin dib çöküntülərində toplanmasına şərait yaradırdı. Beləliklə, atmosferdən daha çox CO₂ çıxarılır və planet tədricən soyuyurdu.

Alimlərin hesablamalarına görə, bu təbii mexanizm dəniz səviyyəsi müasir göstəricidən 10–40 metr yüksək olduğu dövrlərdə ən səmərəli şəkildə işləyib. Həmin şəraitdə dəniz dibində maksimum həcmdə karbon toplanıb və bu proses milyonlarla il ərzində qlobal istiləşməni məhdudlaşdırmağa kömək edib.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu təbii dövran Yer iqliminin həyat üçün əlverişli qalmasının əsas amillərindən biri olub.

Onların fikrincə, yeni nəticələr okeanların müasir iqlim dəyişikliklərinə necə reaksiya verdiyini və gələcəkdə atmosferdə karbon qazının konsentrasiyasına hansı təsir göstərə biləcəyini daha yaxşı anlamağa imkan verəcək.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, əsrin sonunadək Yer kürəsində həyat ciddi şəkildə dəyişə bilər. Onların proqnozuna görə, orta qlobal temperatur 4 dərəcə Selsi yüksələrsə, ekstremal hava hadisələrinin və iri meşə yanğınlarının sayı artacaq. Bu isə ekosistemlərdə ciddi dəyişikliklərə səbəb ola bilər. Alimlər hesab edirlər ki, tropik meşələr də daxil olmaqla bəzi ekosistemlər yüksək temperatur, quraqlıq və müntəzəm yanğınlar nəticəsində tamamilə məhv ola bilər.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: 2100-cü ilə qədər bəşəriyyəti nə gözləyir? – Alimlərdən bədbin proqnoz
Next Post: Zidan bu komandanı çalışdıracaq

Related Posts

  • Ağıllı saatlar yanıldıcı ola bilər: Bunun səbəbi nədir? Maraqlı
  • Altıncı hissi çox güclü olan BÜRCLƏR Maraqlı
  • Hər kəs qabığını atır, amma… – Kivinin gizli faydası Maraqlı
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq Maraqlı
  • Xərçəngin qarşısını almağa və ürəyi qorumağa kömək edən məşhur giləmeyvə Maraqlı
  • Bu qidalar böyrək daşı yaradır Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda vəkillərin sayı açıqlanıb Ölkə
  • Almaniyanın dövlət borcu 3 trilyon avroya yaxınlaşır Dünya
  • Cómo funciona el póker de casino para principiantes Blog
  • Noyer rekorda imza atıb İdman
  • Ankara vacib qərarlar ərəfəsində: MTŞ-nin kritik iclası başladı Dünya
  • Messinin 10 nömrəli formasını o geyinəcək İdman
  • Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir Ölkə
  • Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by