Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Dünya
  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək İqtisadiyyat
  • Dünyanın ən dadlı şorbaları açıqlandı – SİYAHI Dünya
  • Müharibə bu tarixədək bitəcək – İran Siyasət
  • Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb İdman
  • Bu qidalar hamilə xanımlara olmaz Cəmiyyət
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • “Heç vaxt yaşaya bilməz” deyilən yerdə peyda oldu: Antarktidada böyük sürpriz Maraqlı

Aysberqlər Şimal Buzlu okeanında həyatı necə dəyişdi?

Posted on 22 İyun 2026 By admin Şərh yoxdur Aysberqlər Şimal Buzlu okeanında həyatı necə dəyişdi?

Alimlər Arktikada qeyri-adi bir hadisə qeydə alıblar: tərkibində böyük daşlar və çöküntü süxurları olan, demək olar ki, qara rəngli aysberqlər yüzlərlə kilometr məsafədə hərəkət edərək Şimal Buzlu okeanının dibindəki ekosistemləri köklü şəkildə dəyişdirir.

Bu barədə “Nature” jurnalında dərc olunan yeni araşdırmada bildirilir.

Tədqiqat müəllifləri bu prosesin birbaşa qlobal istiləşmə nəticəsində buzlaqların sürətlə əriməsi ilə bağlı olduğu qənaətinə gəliblər.

Tədqiqatçılar izah ediblər ki, əksər aysberqlər buzlaqların quruda hərəkəti zamanı topladığı daş və torpağı daşıyır. Lakin 2021-ci ildə “Polarstern” tədqiqat gəmisində aparılan ekspedisiya zamanı alimlər demək olar ki, tamamilə qara görünən qeyri-adi aysberqlər müşahidə ediblər.

Mütəxəssislərin sözlərinə görə, bu nəhəng buz kütlələri ən yaxın buzlaqlardan yüzlərlə kilometr uzağa tonlarla daş materialı daşıya bilir. Nümunələrin analizi göstərib ki, aysberqlərdə tapılan süxurlar dəniz dibinin təxminən 2500 metr dərinliyində aşkarlanan daşlarla uyğun gəlir.

Alimlər müəyyən ediblər ki, bu cür qaya fraqmentlərinin artması artıq dərin dəniz ekosistemlərinə təsir göstərir. Hausgarten tədqiqat stansiyası ərazisində 2015–2017-ci illər arasında dəniz dibində daşların sıxlığı nəzərəçarpacaq dərəcədə artıb. Yeni sərt səthlər qısa zamanda süngərlər, aktiniyalar və digər orqanizmlər tərəfindən məskunlaşıb; əvvəl yumşaq dibdə yaşamaq çətin idi.

Tədqiqatçılar bildiriblər ki, hətta az miqdarda daş belə yeni yaşayış mühitləri yarada və canlıların yeni koloniyalarını formalaşdıra bilir. Bir neçə il ərzində bu ərazilərdə dərin dəniz faunasının müxtəlifliyi və sayı əhəmiyyətli dərəcədə artıb.

Son 40 ilin məlumatlarının təhlili göstərir ki, Qrenlandiya və Şpisbergen arasında əsas dəniz keçidi olan Fram boğazında aysberqlərin sayı artır. 2000-ci ilə qədər bu göstərici müşahidələrin təxminən 5 faizində qeydə alınırdısa, son onilliklərdə bu rəqəm 26 faizə yüksəlib.

Alimlər bu dəyişiklikləri Qrenlandiyanın şimal-şərqində və Rusiya Arktikasında buzlaqların sürətlə parçalanması ilə əlaqələndirirlər. Dəniz buzunun azalması da aysberqlərin hərəkətini əvvəlki kimi ləngitmir. Nəticədə buz kütlələri daha sürətlə drif edir, daha aktiv əriyir və okean dibinə daha çox material buraxır.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, bu proses təkcə ekosistemlərə deyil, həm də dəniz nəqliyyatına təsir göstərir. Arktik sularda aysberqlərin artması yük və kruiz gəmiləri üçün əlavə risk yarada, həmçinin şimal bölgələrində balıqçılığın inkişafını çətinləşdirə bilər.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Yamal Мessini geridə qoydu
Next Post: Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu

Related Posts

  • Ağıllı saatlar yanıldıcı ola bilər: Bunun səbəbi nədir? Maraqlı
  • Pavel Durov müasir dövrün 11 fırıldağını açıqladı Maraqlı
  • Plastik şüşələr bu xəstəliyin müalicəsinə kömək edə bilər Maraqlı
  • Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur? Maraqlı
  • Günəşdə güclü alışma baş verib Maraqlı
  • 13 yaşlı yeniyetmənin cəsarəti sayəsində tapılan “itkin dəniz” Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Su çəni rəngləyən kişi zəhərlənib öldü Hadisə
  • 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir Cəmiyyət
  • İlin ən pis filmləri və aktyorları – SİYAHI Mədəniyyət
  • Azərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq  Ölkə
  • Sabah yağış və dumanla əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq Ölkə
  • Dünyanın ən ölümcül raketləri Dünya
  • Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb Cəmiyyət
  • İran casuslarının Avropadakı “paytaxtı” AÇIQLANDI Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by