Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • ABŞ-İran danışıqlarına töhfə vermək üçün Tehrana getdilər Siyasət
  • Prezident Aleksey Overçuku qəbul qəbul etdi – FOTOLAR Ölkə
  • İrandan ölkəmizə rənglənmiş portağallar gətirilib Ölkə
  • AB liderləri Orbanın tələsinə düşdülər – KİV Siyasət
  • “8 Noyabr”dakı dəmir yolu sökülür – 10 kilometrlik mikrotunel tikilir Ölkə
  • Bu sahədə layihələrə qrant veriləcək İqtisadiyyat
  • Mingəçevirdə kommunal sahənin tanınmış əməkdaşı vəfat etdi Hadisə
  • “Röyal adlı şəxs mənə qarşı 300 minlik dələduzluq edib” Kriminal

Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır

“Azərbaycanın su ehtiyatları azdır. 40% su itkisi gələcəkdə Azərbaycanın ərzaq təhlükəsizliyimizi sual altına sala bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Azərbaycanın 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacağı ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekoloq bu istiqamətdə müəyyən addımların atılmasının vacibliyini vurğulayıb:

“Suvarılan ərazilərin sayı artırılmalıdır, sudan qənaətlə istifadə olunmalıdır. Torpaq mənşəli kanallar beton üzlüklərlə əvəz olunmalıdır. Hamı bilir ki, Azərbaycanın su ehtiyatlarının 72% kənarda formalaşır. Bizim əsas çaylarımız Kür və Arazdır. Su qıtlığı isə gözləniləndir. Dünyanın 200 ölkəsi var, onun içərisində 35-ci yerdə olmaq təhlükəlidir. Azərbaycanın su ehtiyatlarının 25%-i işğaldan azad olunan ərazilərimizdədir. O vaxt bizə qarşı ermənilər su müharibəsi elan etmişdi, Sərsəng su anbarının qarşısını kəsib bizə su baraxmırdılar”.

Xosrov Musayev Sərsəng su anbarı və Suqovuşanın təmir olunmasının nəzərdə tutulduğunu qeyd edib:

“Həmin anbarlara su gətirən kanallar yoxdur. Amma kanallar dağılıb, yenidən qurulmalıdır. Dünyada baş verən ərzaq qıtlığının bir səbəbi də sudur. Çünki su olmasa, kənd təsərrüfatı məhsullarının istehsalından söhbət gedə bilməz”.

Xatırladaq ki, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycanın su ehtiyatlarının azaldığını açıqlayıb. O, Azərbaycanın 35 ölkəlik risk qrupunda olduğunu bildirib: “Beynəlxalq təşkilatların hesablamalarına görə, ölkəmiz 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacaq. Bu da bir növ aqrar sektorun transformasiyasında resurs əsaslı yanaşmanın da labüd olduğunu ortaya qoyur. Dövlət Proqramı da əsas hədəfləri müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılmasını hədəfləyir”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Dünyada milyonçuların sayı sürətlə artır
Next Post: Bölmə rəisi işdən çıxdı – Yeni vəzifəyə təyin olundu

Related Posts

  • Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır Ölkə
  • Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir Ölkə
  • MM-də təklif: Bu, boşanmaların sayını azalda bilər  Ölkə
  • Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib Ölkə
  • Silahlı Qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir – Ceyhun Bayramov Ölkə
  • Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Zirə” Azərbaycan Kubokunun ilk yarımfinalçısı oldu  İdman
  • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib Cəmiyyət
  • Ağadadaş Ağayev qızının xəstəliyindən danışdı Mədəniyyət
  • İranın yeni ali lideri seçildi – KİV Dünya
  • Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin atası vəfat edib. Cəmiyyət
  • Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı – SİYAHI Maraqlı
  • Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq  İdman
  • Noyer rekorda imza atıb İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by