Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Formula -1” komandalarının dəyəri: təxmini məbləğ AÇIQLANDI İdman
  • Rusiya təhlükədir, Türkiyə isə… – Rama Siyasət
  • ABŞ Körfəz ölkələrinə 16 milyardlıq silah satdı Dünya
  • Mayda bu BÜRClər pul içində üzəcək – Karyera və şans partlayışı Maraqlı
  • 9 yaşlı uşaq paltarsız və ac halda tapıldı: Atası və sevgilisi həbs olundu – Fransada Dünya
  • Azərbaycan nefti ucuzlaşıb İqtisadiyyat
  • Poldan Makreqorun qayıdışına reaksiya – Narkoman geri döndü Dünya
  • Dünyanın ən xoşbəxt ölkələri Dünya

Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir

Posted on 6 Aprel 2026 By admin Şərh yoxdur Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir

Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir.

Bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əks olunub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakiryə çıxarılan dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.

Sənəddə vurğulanıb ki, dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.

Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.

Qeyd olunub ki, dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur
Next Post: Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək

Related Posts

  • Temperatur enəcək, yağış və qar yağacaq Ölkə
  • Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir Ölkə
  • Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir? Ölkə
  • Bakıya gəlmək istəyən erməni tankları – VİDEO Ölkə
  • Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər Ölkə
  • MM-də təklif: Bu, boşanmaların sayını azalda bilər  Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Yaponiyada bir ilk: Birgə qəyyumluq hüququ Dünya
  • Rusiya MN: Gecə ərzində 389 Ukrayna PUA-sı vurulub Siyasət
  • Hindistan və Fransa strateji tərəfdaşlıq barədə razılığa gəliblər Siyasət
  • MİDA güzəştli mənzillərin satışına BAŞLADI Ölkə
  • Mehdiyevlərin bankı BOKT-a çevrilir, aktivləri və öhdəlikləri ABB-yə ötürülür Ölkə
  • Rektor Anar Eminov: Malayziya universitetləri ilə əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin qlobal inkişaf xəttini gücləndirəcək Təhsil
  • Mingəçevirdə əmək yarmarkası keçirilib, çoxsaylı vakansiyalar təklif olunub. Cəmiyyət
  • İranda 500 nəfər həbs edildi – Casusluqda ittiham olunurlar Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by