Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Onlarla mən günlər, hadisələr yaşamışam” Mədəniyyət
  • Dar geyim sağlamlığınıza necə təsir edir? Cəmiyyət
  • “Heç vaxt yaşaya bilməz” deyilən yerdə peyda oldu: Antarktidada böyük sürpriz Maraqlı
  • Şeydayev Elvinin başına şillə vurdu – VİDEO İdman
  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət
  • “Uzak Şehir”də sürpriz ayrılıq – FOTO Mədəniyyət
  • Bu qidalar böyrək daşı yaradır Maraqlı
  • Ata 11 aylıq oğlunu diri-diri basdıraraq öldürüb Dünya

Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA

İstifadə müddəti bitmiş mobil telefonlar və elektron cihazlar əksər hallarda məişət tullantıları ilə birgə zibil qutularına atılır. Lakin bu texnologiyalar adi zibil kimi yox olmur. Tərkibindəki zəhərli maddələr ətraf mühiti çirkləndirir, qiymətli metallar isə itkiyə gedir.

Azərbaycanda elektron tullantıların idarə olunması hələ tam formalaşmayıb və bu sahədə ciddi məlumat qıtlığı mövcuddur. Ölkədə rəsmi fəaliyyət göstərən şirkətlərin hesabatlılığı aşağıdır, dövlət statistikasında isə elektron cihazların tərkib hissələri ayrıca qeyd olunmur.

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, bu kifayət qədər araşdırılmamış, məlumatları tam olmayan və metodları hələ tam formalaşmamış mürəkkəb sahədir:

“Azərbaycanda bu sahə ilə bağlı iki şirkətin fəaliyyət göstərdiyi bildirilir: Fors Qrup MMC və Smart Waste şirkəti. Bu şirkətlər elektronika məhsulları, xüsusilə mobil telefonlar və digər elektron cihazlardan yaranan tullantıların toplanması və utilizasiyası ilə məşğul olurlar. Lakin onların hesabatlarında, veb saytlarında və digər mənbələrdə bu barədə geniş məlumat yoxdur. Ümumilikdə bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir, çünki bu tullantılar təhlükəli tullantılar kateqoriyasına daxildir. Köhnə telefonlar və digər elektron cihazlarda kobalt, qızıl, mis, litium kimi qiymətli metallar mövcuddur. Bu metallar mürəkkəb texnoloji proseslərdən sonra yenidən istifadə üçün ayrılıb təkrar dövriyyəyə qaytarıla bilər. Buna görə də elektron tullantıların toplanması bir çox ölkədə xüsusi qaydalarla tənzimlənir”.

Ekspert deyib ki, Avropa İttifaqı ölkələrində WEEE direktivi qəbul olunub və bu sistem elektron tullantıların idarə olunmasını tənzimləyir:

“ABŞ, Cənubi Amerika və Şimali Amerika ölkələrində də bu proses fərqli mexanizmlərlə həyata keçirilir. Həmin tullantılar toplanır, çeşidlənir və zərərli hissələr zərərsizləşdirilir. Daha sonra separasiya prosesi aparılır və materiallar qruplara ayrılır.

Ümumilikdə bu sahədə hidrometallurgiya və pirometallurgiya kimi texnologiyalardan istifadə olunur. Cihazlar sökülür, batareyalar və digər təhlükəli hissələr ayrıca ayrılır, çünki onların ayrıca utilizasiya qaydaları var. Eyni zamanda qiymətli metalların bərpası da həyata keçirilir. Azərbaycanda isə bu proses hələ tam sistemli şəkildə formalaşmayıb. İl sonu ümumi hesabatlar verilsə də, elektron tullantılar, batareyalar və digər təhlükəli komponentlər ayrıca göstərilmir. Bu isə həm ekoloji nəzarət, həm də resursların düzgün idarə olunması baxımından müəyyən boşluqlar yaradır”, – deyə o qeyd edib.

Yəni, sıradan çıxmış köhnə telefon və kompyuterlərin tərkibində qızıl, mis kimi bahalı metallar və zəhərli kimyəvi maddələr var, lakin Azərbaycanda onlar xüsusi qaydada yığılıb təkrar emal olunmadığı üçün həm iqtisadiyyata ziyan dəyir, həm də təbiət zəhərlənir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanıldı
Next Post: Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi

Related Posts

  • İdman zalında halı pisləşən 49 yaşlı şəxs ÖLDÜ Cəmiyyət
  • Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT Cəmiyyət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət
  • İranın Natanz nüvə müəssisəsi vuruldu Cəmiyyət
  • Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin atası vəfat edib. Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıda 29 yaşlı oğlan HOTELDƏ ÖLDÜ Hadisə
  • Ceffri Epşteynin oxşarı sensasiya yaratdı Dünya
  • Emin Mahmudov Qurban Qurbanova çatdı İdman
  • Xaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ Ölkə
  • İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib Siyasət
  • 16 kilo arıqladı, sirrini açdı: məşhurun inanılmaz dəyişimi və təhlükəli etirafı! – FOTO Mədəniyyət
  • “Amerikalıların qisasını alacağıq, aydın məqsədimiz var” Siyasət
  • İran Fars körfəzində hücumlarla bağlı ABŞ və İsrailə xəbərdarlıq edib Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by